KÖHNƏ VERSİYA            

Ətraf mühitin mühafizəsi ekoloji siyasətimizin ən uğurlu nəticələri sırasındadır...

Image

Dünya boyu bir çox yerlərdə qeydə alınan mövcud ekoloji böhran bəşər sivilizasiyasının davamlı inkişafı imkanlarını təhdid edir. Təbii sistemlərin daha da deqradasiyası biosferin sabitliyinin pozulmasına, onun bütövlüyünün və həyat üçün zəruri olan ekoloji keyfiyyətləri saxlamaq qabiliyyətinin itirilməsinə səbəb olur.

Böhrandan çıxmaq yalnız təbii mühitin məhv edilməsi və tənəzzül ehtimalını istisna edən insan və təbiət arasında yeni tipli münasibətlərin formalaşması əsasında mümkündür. Buna görə də ekoloji təhlükəsizlik məsələləri hazırda bir çox elmi tədqiqatlarda, xüsusən konstitusiya, cinayət, inzibati və digər hüquq sahələri çərçivəsində həll olunur. 

Təbii sistemlərin qorunması və bərpası milli təhlükəsizliyin təmin edilməsi baxımından prioritet fəaliyyət sahələrindən biridir 

Qanunlar dövlətin ekoloji təhlükəsizliyi, vətəndaşların konstitusion ekoloji hüquqlarının müdafiəsi məsələlərini, ekologiya sahəsində cinayət təhlükəsinə qarşı mübarizə mexanizmini tam və vaxtında tənzimləməli, bütün normativ-hüquqi kompleks balanslaşdırılmış  olmalıdır. Hüquq ədəbiyyatı tamamilə haqlı olaraq qeyd edir ki, milli, o cümlədən ekoloji təhlükəsizlik problemi bu gün təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya birliyi üçün aktual olan qlobal problem statusu alıb.

Ətraf mühit məsələlərinə xüsusi önəm verən ölkə kimi Azərbaycan indi biosferin qlobal funksiyalarının saxlanmasında əsas rol oynayır, çünki onun müxtəlif təbii ekosistemləri dünyanın mövcudiyyətini davam etdirməsinin mühüm şərtidir. Eyni zamanda Azərbaycan belə hesab edir ki, ölkənin davamlı inkişafı, onun əhalisinin həyat və sağlamlığının yüksək keyfiyyəti, eləcə də milli təhlükəsizlik yalnız təbii sistemlər qorunub saxlanıldıqda və ətraf mühitin müvafiq keyfiyyəti təmin edildikdə uğurla reallaşa bilər. Bunun üçün ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadəyə yönəlmiş ekologiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və ardıcıl həyata keçirilməsi diqqət mərkəzində yer alır. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə istiqamətində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və digər proqramlar çərçivəsində tədbirlər həyata keçirilir. Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində, hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə addımlar atılır. Təbii sistemlərin qorunması və bərpası dövlətin və cəmiyyətin, o cümlədən milli təhlükəsizliyin təmin edilməsi baxımından prioritet fəaliyyət sahələrindən biridir. Azərbaycanın ekoloji təhlükəsizliyi tamamilə haqlı olaraq milli maraq kimi təsnif edilir. Ölkənin  suverenliyini və ərazi bütövlüyünü, onun sərhəd məkanının təhlükəsizliyini təmin etmək, elmi-texniki problemləri aradan qaldırmaqla yanaşı, milli təhlükəsizliyin təmin edilməsi sahəsində əsas vəzifə kimi ölkədə ekoloji vəziyyətin köklü yaxşılaşdırılması ön planda yer alır. Bu, xüsusən də işğaldan azad edilən ərazilər aiddir. Ekoloji sahədə dövlət fəaliyyətinin prioritet istiqamətlərinə aşağıdakılar daxildir: təbii ehtiyatlardan səmərəli istifadə, əhalinin ekoloji savadlılığının artırılması; ətraf mühitin çirklənməsinin qarşısının alınması; ətraf mühit və əhalinin sağlamlığı üçün kimyəvi maddələrin təhlükəsiz saxlanması və məhv edilməsi; təhlükəsiz istehsalın yaradılması və həyata keçirilməsi, ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadə. Son illərdə bu sahələrdə xeyli işlər görülüb. Qabaqcıl dünya təcrübəsi və yeni texnologiyaların tətbiqinə əsaslanaraq ölkədə müasir ekoloji monitorinq sistemi yaradılıb, ətraf mühit komponentlərinin dəqiq analizi və qiymətləndirilməsi məqsədilə müxtəlif bölgələrdə, o cümlədən ölkəyə daxil olan transsərhəd çayların üzərində ən müasir cihazlarla təmin olunmuş analitik tədqiqat laboratoriyaları təşkil edilib. Bu prosesin davamlı xarakteri üçün zəruri addımlar atılır. 

Təbii mühit milli irsin ən qiymətli komponentlərindən biri kimi... 

Təbiətin mühafizəsi və ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məsələləri dövlətin və cəmiyyətin prioritet fəaliyyət istiqamətləri kimi ölkə üçün bu gün də aktualdır. Təbii mühit milli irsin ən qiymətli komponenti kimi sosial-iqtisadi münasibətlər sisteminə daxil edilib. Ölkənin sosial-iqtisadi inkişaf strategiyasının və dövlət ekoloji siyasətinin formalaşdırılması və həyata keçirilməsi bir-biri ilə əlaqəli xarakter daşıyır. Çünki əhalinin sağlamlığı, sosial və ekoloji rifahı ayrılmaz şəkildə vəhdət təşkil edir. 

Beləliklə, dövlət ekoloji təhlükəsizlik məsələlərinin bütövlükdə Azərbaycanın milli təhlükəsizliyinin vəziyyətinə təsir edən son dərəcə vacib hal hesab edir. Azərbaycan bir çox başqa ölkələr kimi, davamlı inkişafa böyük səylər göstərir. Ölkənin davamlı inkişaf çərçivəsində tərəqqi nümayiş etdirdiyi əsas sahələrdən biri məhz ətraf mühitin mühafizəsidir. Azərbaycantəbiətin qorunmasına və bioloji müxtəlifliyə böyük əhəmiyyət verir. Ölkədə nadir ekosistemləri, mühüm bitki və heyvan növlərini qorumaq üçün nəzərdə tutulmuş çoxsaylı milli parklar, qoruqlar və digər təbiət əraziləri yaradılıb. Bundan başqa ölkəmiz su ehtiyatlarının mühafizəsi proqramlarını, o cümlədən su hövzələrinin təmizlənməsi və mühafizəsi, havanın çirklənməsi ilə mübarizə tədbirlərini fəal şəkildə həyata keçirir. Azərbaycan öz iqtisadiyyatının və cəmiyyətinin ekoloji cəhətdən daha davamlı və sosial cəhətdən məsuliyyətli inkişafına sadiqdir. Bu fonda Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı vasitəsilə istixana qazlarının emissiyasını azaltmağa çalışır. Ölkədə günəş və külək elektrik stansiyalarının yaradılması layihələri həyata keçirilir, digər bərpa olunan enerji mənbələri inkişaf etdirilir. Bilindiyi kimi, fevralın 14-də Milli Məclisdə baş tutmuş andiçmə mərasimindəki çıxışında prezident İlham Əliyev yeni dövr üzrə prioritetləri elan edib. Bura bərpaolunan enerji siyasətini inkişaf etdirmək də daxildir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi də bunun təsdiqidir. Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Bütün bunlar dünya miqyasında da alqışanır, təqdir edilir.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Azərbaycandan İsrailə gedən neft kəmərləri hədəfimizdədir - İrandan hədə...

Paşazadənin təklifi - Dini Liderlərin Məşvərət Şurası erməni kilsəsinə qarşı...

Beynəlxalq Məhkəmə Azərbaycanın iddiası üzrə növbəti qərarını verəcək...

SON XƏBƏRLƏR

07.11.2024 | 01:37
Harris Trampı təbrik etdi, Bayden isə onu Ağ Evə dəvət etdi

07.11.2024 | 01:12
Rusiyadan Trampın qələbəsinə reaksiya - Harris bitdi, Ukraynaya zərbə...

06.11.2024 | 22:57
Tramp 3 adamdan qisas alacaq...

06.11.2024 | 21:35
OPEC+ qərar verdi - Azərbaycan rahat ola bilər...

06.11.2024 | 21:22
Azərbaycan Avropaya qaz nəqlini, Avropa Azərbaycana qərəzini artırır...

06.11.2024 | 21:07
Paşinyan Kobaxidzenin qələbəsini dərhal təbrik etdi - ilginc suallar var...

06.11.2024 | 20:55
ABŞ Konqresi tarixində ilk transgender qadın ....

06.11.2024 | 20:52
Türk Dövlətləri Təşkilatının Bişkek bəyannaməsi qəbul edildi - sədrlik Qırğızıstana keçdi...

06.11.2024 | 20:37
Lyayen Bakıya gəlmədi və Avropanın iqlim siyasətini ifşa etdi...

06.11.2024 | 20:24
“Anasına deyirdi səni şəhid anası edəcəm” - Gizir Cahan Məmmədzadənin bacısı...

06.11.2024 | 20:10
“Azərbaycanla Ermənistanın bu sazişi yaxşı bir şeyə gətirib çıxarmaz” - Lavrov nə deyir?

06.11.2024 | 19:57
Avropa Parlamentinin tarixi antiazərbaycan qətnamələri tarixidir - 2 ildə 8 qətnamə...

06.11.2024 | 19:44
Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edildi

06.11.2024 | 19:43
İrəvan çərçivə sazişindən imtina etdi - Bakının 11-ci paketi İrəvanda müzakirə olunur...

06.11.2024 | 19:29
Qaz lazım olanda Ursula Bakıya gəlmişdi, ancaq COP-a gəlmir...

06.11.2024 | 19:16
Tramp 2-ci dəfə qadın namizədi məğlub edərək prezident seçildi...

06.11.2024 | 19:07
Toylarda qazandığını tək ailəsinə xərcləmir ki... Manaf Ağayev barədə eşitmədiyiniz şeylər...

06.11.2024 | 18:54
Azərbaycandan İsrailə gedən neft kəmərləri hədəfimizdədir - İrandan hədə...

06.11.2024 | 18:40
Tramp gəldi - Ukrayna və Qəzza müharibələrini nələr gözləyir...

06.11.2024 | 18:36
“Şəfa cəbhəsi” filminin təqdimatı keçirilib

06.11.2024 | 18:33
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb - FOTO

06.11.2024 | 18:25
Türk Dövlətləri Təşkilatı 3-cü dünya müharibəsi təhlükəsinə qarşı real güc kimi...

06.11.2024 | 18:17
“Şuşa Zəfərimizin rəmzi, Qələbəmizin zirvəsidir” - Vüqar Rəhimzadə

06.11.2024 | 18:12
Ermənistan Rusiyanı bu danışıqlardan da çıxarmaq istəyir...

06.11.2024 | 18:05
Ərazimizin tam suverenliyi dövlətimizin strateji hədəfi olub - Əhliman ƏMİRASLANOV yazır

06.11.2024 | 17:58
İqlim fəsadlarının demoqrafik duruma təsiri Azərbaycanda illər öncə gündəmə gətirildi...

06.11.2024 | 17:50
AMEA-da yazıçı Sadıq Qarayevin kitablarının təqdimatı keçirildi

06.11.2024 | 17:45
Paşazadənin təklifi - Dini Liderlərin Məşvərət Şurası erməni kilsəsinə qarşı...

06.11.2024 | 17:42
Mətbuat Şurası və BDU COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsədlərinə dair dəyirmi masa keçirib - FOTO

06.11.2024 | 17:32
Beynəlxalq Məhkəmə Azərbaycanın iddiası üzrə növbəti qərarını verəcək...

06.11.2024 | 17:25
Zəfər yolum: Füzuli - Mirqiyas Seyidsoylu yazır

06.11.2024 | 17:19
Dinlərin mənəvi potensialı iqlim dəyişmələrinə qarşı təsirli qüvvədir - Prezidentin yeni formulu...

06.11.2024 | 17:06
ABŞ-dan göndərilmiş siyahıda hansı həkimlərimizin adları var?..

06.11.2024 | 16:57
"44 Günlük Vətən Müharibəsindən sonra daxili sabitliyin təminatında yeni model: Polisin və Daxili Qoşunların rolu" mövzusunda konfrans keçirildi - FOTO

06.11.2024 | 16:51
Bələdiyyə seçkiləri yanvarın sonunda keçiriləcək - MSK sədri açıqladı...

06.11.2024 | 16:37
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimi keçirildi - FOTO/VİDEO

06.11.2024 | 16:35
COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb

06.11.2024 | 16:25
COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradıldı

06.11.2024 | 16:11
Tramp ABŞ seçki tarixində 131 ildən sonra bir ilkə imza atdı... Klivlenddən sonra ikinci oldu

06.11.2024 | 16:03
"Azərbaycanın namizədliyini dəstəkləyən dövlətlərin bir çoxunun mediası indi ölkəmizə, COP ideyasına qarşı sistemli şəkildə anti-təbliğat aparırlar" - Natiq Məmmədli

06.11.2024 | 15:50
Baş nazir Əli Əsədov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü

06.11.2024 | 15:40
Kobaxidze Əli Əsədova məktub göndərdi

06.11.2024 | 15:21
Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib

06.11.2024 | 15:08
Özbəkistan Türk dövlətlərinin strateji tərəfdaşlığı, əbədi dostluğu və qardaşlığı haqqında müqavilənin qəbulunu təklif etdi

06.11.2024 | 15:02
Yol Polisi Zəfər Günü tədbiri ilə əlaqədar sürücülərə müraciət etdi

06.11.2024 | 14:36
"Azərbaycan ABŞ ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir" - Prezident

06.11.2024 | 14:33
Yük maşını ilə İrandan Rusiyaya narkotik daşıyan şəxs “Biləsuvar”da yaxalandı

06.11.2024 | 14:21
Prezident İlham Əliyev Trampı təbrik etdi

06.11.2024 | 14:10
"Qırğızıstan COP29-da Azərbaycanı hərtərəfli dəstəkləməyə hazırdır" - Sadır Japarov

06.11.2024 | 13:56
TDT-nin yeni bayrağı təsdiqləndi

06.11.2024 | 13:43
Şavkat Mirziyoyev Azərbaycana COP29-un uğurlu keçirilməsini arzuladı

06.11.2024 | 13:40
Dini liderlər Azərbaycan Prezidentinə təşəkkür etdilər

06.11.2024 | 13:28
Prezident İlham Əliyev Macarıstanın Baş nazirinin təltifolunma mərasimində iştirak edib - FOTO

06.11.2024 | 13:20
Dini Liderlərin Qlobal Bakı Sammitində COP29 iştirakçılarına müraciət ünvanlandı

06.11.2024 | 13:16
ABŞ-ın 47-ci prezidenti Tramp oldu... - YENİLƏNDİ

06.11.2024 | 13:03
Армяне, добровольно покинувшие Карабах, массово уезжают из Армении. В чем причина? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

06.11.2024 | 12:50
Dünya dini liderləri tərəfindən Bakı Bəyannaməsi qəbul edildi

06.11.2024 | 12:07
"Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər" - Azərbaycan Prezidenti

06.11.2024 | 12:02
"Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb" - Prezident

06.11.2024 | 12:00
Daha bir veteran cüdoçumuz dünya çempionu oldu

06.11.2024 | 11:56
"ABŞ tarixində qızıl dövr başlayır" - Donald Tramp qələbəsini elan etdi!

06.11.2024 | 11:56
Prezident Əliyev TDT Dövlət Başçıları Şurasının iclasında üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan danışdı

06.11.2024 | 11:53
"Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək" - Prezident

06.11.2024 | 11:30
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

06.11.2024 | 11:16
İstanbulda FETÖ əməliyyatı - 8 şəxs saxlanılıb

06.11.2024 | 11:14
Xankəndi və Füzuliyə onlayn ticarət platformalarından edilən sifarişlərin çatdırılmasına başlanılıb

06.11.2024 | 11:10
"Bakı Sammitinin COP29 ərəfəsində keçirilməsi uğur hekayəsidir"

06.11.2024 | 11:08
Ursula Lyayen Azərbaycanla bağlı qərarı Almaniya və Fransanın təzyiqi ilə qəbul etdi....

06.11.2024 | 11:05
Prezident İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

06.11.2024 | 11:05
Çempionlar Liqası: “Bavariya” “Benfika”ya, “İnter” “Arsenal”a qarşı

06.11.2024 | 11:03
Noyabrın 10-da ermənilər 300 kilsəni Azərbaycana qarşı qaldıracaqlar - CANLI

06.11.2024 | 11:00
"Son dövrlərdə teleradioların sayının artması müsbət tendensiyadır" -Prezidentin köməkçisi

06.11.2024 | 10:55
Tramp irəlidədir - SON MƏLUMAT

06.11.2024 | 10:31
Bişkekdə Prezident İlham Əliyevin Ərdoğanla görüşü olub - FOTO/YENİLƏNDİ

06.11.2024 | 10:30
"Beşiktaş" bu gün Avropa Liqasında növbəti oyununa çıxır

06.11.2024 | 10:15
Tovuzda qadını avtomobil vurub öldürüb

06.11.2024 | 10:10
Dövlət Başçıları Bişkek görüşündə hansı məsələləri müzakirə edəcəklər?

06.11.2024 | 10:05
Ceyhun Bayramov Bişkekdə COP29-a hazırlıq barədə danışıb

06.11.2024 | 10:00
Bu gün Nərimanov rayonunun bir küçəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

06.11.2024 | 09:40
Ötən gün 45 cinayətin üstü açılıb - DİN açıqladı

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930