Dövlət Komitəsindən Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı açıqlama...
Yetkinlik yaşına çatmayan qızlar arasında bu cür hadisənin baş verməsi təəssüf doğurur. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Dövlət Komitəsinin "Facebook" səhifəsinin canlı efirində “Uşaqlar arasında zorakılıq halları” mövzusunda müzakirə zamanı deyib.
O qeyd edib ki, burada boşluq olan məsələ odur ki, yetkinlik yaşına çatmayanlar hüquqi məsuliyyətlərini dərk etmirlər.
“Çox önəmli məsələdir ki, yetkinlik yaşına çatmayanlar öz davranışlarının məsuliyyətini dərk etsinlər. Ailədə onlara bu barədə məlumat verilməlidir. Yetkinlik yaşına çatmayanlar öz davranışlarnın hüquqi məsuliyyətini bilmədikdə elə bilirlər ki, istədikləri kimi davrana bilərlər. Hüquqi məsliyyətini anlamadıqda onlar elə başa düşürlər ki, onlar bu davranışlarına görə cəzalandırılmayacaqlar.
Bu məsələ araşdırmalıdır və araşdırmaların nəticələrinə uyğun biz bu məsələni müzakirə edə bilərik. Onlar qanundan xəbərsizdir və bir-birilərinə qarşı bu cür davranıblar.
Görünür, hər iki şəxs ailədə düzgün tərbiyə olunmayıb və onlarla aqressiv davranıblar ki, onlar da özlərini bu cür aparır”, - deyə o əlavə edib.
Qeyd edək ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlərin görüntüləri yayılıb.
DİN-in yaydığı mlumata görə, qıza qarşı uyğunsuz hərəkət edən şagirdlə bağlı məsələ nəzarətə götürülüb. İş üzrə ekspertiza təyin olunub. Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıləb. İstintaq hərəkətləri davam etdirilir.