Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açıldı
Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
"Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir", - o vurğulayıb.
Qeyd edək ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlərin görüntüləri yayılıb.
DİN-in yaydığı mlumata görə, qıza qarşı uyğunsuz hərəkət edən şagirdlə bağlı məsələ nəzarətə götürülüb. İş üzrə ekspertiza təyin olunub.