KÖHNƏ VERSİYA            

Münxen Konfransı: nüfuz və etibarın nümayişi!

Image

Azərbaycan beynəlxalq arenada sözün əsl mənasında nüfuz çəkisini, təsir imkanlarını və iqtisadi gücünü növbəti dəfə ortaya qoydu. Bu həm də dövlət olaraq siyasi-diplomatik zəfər hesab olunmalıdır. Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə bir məqam çox diqqətedicidir: görüşlərin əksəriyyəti qarşı tərəfin müraciəti əsasında baş tutub. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər beynəlxalq rezonans yaradıb. Ən təsirli Avropa KİV-ləri bu görüşlərə geniş yer veriblər. Bu, beynəlxalq ictimai rəyin formalaşmasında rol almış transmilli media subyektlərinin səhifələrindən daha aydın görünür. Azərbaycan Prezidentinin ABŞ-ın Dövlət katibi Antoni Blinken, Almaniya Kansleri Olaf Şolts, Ermənistanın baş naziri Nikol Paşinyan, ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun və digər şəxslərlə keçirdiyi görüşlər barədə xarici mediada çoxsaylı məqalələr dərc olunub. İnternet axtarış sistemləri göstərir ki, bu məqalələrin sayı 100-lərlədir. Bu kontekstdə diqqət çəkən məqam təkcə dövlətimizin başçısının keçirdiyi görüşlər barədə informasiya yayan media subyektlərinin kəmiyyəti ilə bağlı deyil. Ənənəvi yanaşmadan fərqli olaraq bu dəfə Avropadan yayımlanan transmilli media ilə yanaşı, Asiya və Afrikanın da nüfuzlu qurumları mövzunu gündəmdə saxlayıblar. Çin, Hindistan, Yaponiya, Səudiyyə Ərəbistanı, Qətər və digər 10-larla ölkədə fəaliyyət göstərən media subyektləri də mövzuya diqqət yetiriblər.

Bir məqama diqqət yetirək: konfransın açılışından 2 gün əvvəl - fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin inauqurasiya mərasimi keçirilmişdi və xarici media subyektləri də həmin mövzuya da eyni həssaslıqla yanaşmışdılar. Növbədənkənar prezident seçkiləri günü və 14 fevral andiçmə mərasimi barədə də 100-lərlə məqalələr dərc edilmişdi. Bütün bunlar onu deməyə əsas verir ki, son dövrlərdə dövlətimizin adının çəkildiyi bütün proseslər ciddi şəkildə beynəlxalq reaksiya doğurur və xarici media subyektləri Azərbaycan mövzusunu diqqətdə saxlayırlar. Bu da təsadüfi deyil.

Azərbaycan iqtidarının uzun müddət ərzində apardığı müstəqil və balanslı xarici siyasət kursu öz bəhrəsini verməkdədir. Belə ki, Azərbaycan dünyanın bütün qitələrində, fərqli qütblərdə yerləşən ölkələrində eyni dərəcədə diqqətlə izlənilir. Azərbaycanın həmmüəllifi olduğu regional və beynəlxalq layihələr onu dünya üçün əvəzedilməz ölkəyə çevirir. Bundan əlavə, dövlətimiz Qərb ölkələri üçün əhəmiyyətli enerji qaynaqlarından biri, həmçinin Avropa ilə Asiya arasında ən mühüm nəqliyyat qovşağıdır. İki qitəni birləşdirən ən sərfəli nəqliyyat dəhlizləri Azərbaycan ərazisində layihələndirilib. Bu dəhliz Avropa və Asiya ilə yanaşı, bütövlükdə dünya üçün də əhəmiyyət daşıyır.

Diqqət edin, dünyanın nüfuzlu siyasətçiləri, dövlət və hökumət rəsmiləri Azərbaycan Prezidenti ilə görüşə özləri can atırdılar, yəni, görüş üçün özləri təşəbbüs göstərirdilər. Bu, ölkəmizin və onun Liderinin nüfuzunun göstəricisidir. Artıq hər kəs Azərbaycanın böyük bir gücə çevrildiyini qəbul edir. Azərbaycan təkcə regionda deyil, dünya miqyasında da özünü orta güc kimi nümayiş etdirməkdədir. Biz dünyaya sübut etdik ki, ərazi bütövlüyümüzü də, suverenliyimizi də özümüz bərpa etməyə qadirik. Təbii ki, bu reallığı bütün dünya başa düşür. Anlayır ki, Azərbaycana kifayət qədər təcrübəli, peşəkar, təcrübəli diplomat, siyasi xadim rəhbərlik edir. Bu da şübhəsiz ki, özü-özlüyündə bir sıra qərarların qəbulunda öz təsirini göstərir.

Digər bir baxımdan unutmayaq ki, qərb ölkələri Azərbaycana qarşı Ermənistanın təxribat oyunlarına heç də yumşaq münasibət göstərmirlər. Çünki  strateji baxımdan Azərbaycanın ticarət dövriyyəsinin 50 faizdən çoxu Qərb dövlətlərinin üzərinə düşür. Qərbin özünün enerji təhlükəsizliyi Azərbaycan enerjisinə bağlıdır. Ayrı- ayrı Qərb dövlətləri ilə strateji müttəfiqliyimiz var. Xüsusilə də bunun 9 dövlətlə olduğunu qeyd etmək istəyirəm. Bizi hər zaman çox ciddi məqamlarda müdafiə edən İtaliya, İngiltərə kimi dövlətlər mövcuddur. Hesab edirəm ki, Azərbaycan Prezidentinin Münhendə olan son görüşü onu göstərdi ki, bu dövlətlərdə məsələyə çox ciddi baxırlar. Azərbaycanla Qərb təsisatları arasında münasibətlərin üstün səviyyədə qalmasında maraqlıdırlar.

Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevə olan diqqət bir daha onu deməyə əsas verir ki, Azərbaycan dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən, bu prosesə əməli töhfələr verən ölkə kimi qəbul olunur. Bu barədə dövlət başçımız inaqurasiya mərasimində də bəyan etmişdi. Biz MTK-da bunun  real təzahürünü gördük.
 Azərbaycan bu illər ərzində Qoşulmama Hərəkatının sədri kimi böyük nüfuz qazanıb. COP 29-a ev sahibliyi ilə bağlı dəstək isə bu nüfuzun daha da artdığını göstərdi.  Azərbaycan illərdir, çoxtərəfli danışıqlar aparmaq, dünyanın ayrı-ayrı regionlarında hətta bir-birilə əks mövqedə olan tərəfləri bir araya gətirmək bacarığı sərgiləyib. Dünya ictimaiyyəti də Azərbaycanı qlobal təşəbbüskar kimi qəbul edir.

Təsadüfi deyil ki, dünyanın ən mötəbər, strateji baxımdan olduqca əhəmiyyətli tədbirlərinə ev sahibliyi məhz Azərbyacana etibar edilir. Belə ki, dünya birliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un indiyə qədər bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, bu sahədə kifayət qədər təcrübə toplamış  Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Bu isə o deməkdir ki, dünya birliyinin Azərbaycana olan etimadı tamdır və güvənlidir. Şübhəsiz, rəsmi Bakının həmin tədbirə ev sahibliyinin dünya ölkələri tərəfindən dəstəklənməsi Azərbaycanın effektiv, çoxtərəfli danışıqlar aparmasının, dünyanın ayrı-ayrı regionlarındakı fərqli baxışları bir araya gətirməsinin, qlobal problemlərin həllinə töhfə verməsinin, bir sözlə,  güclü potensiala malik olmasının nəticəsidir. Bəli, Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və digər regionlarla geniş əlaqələri olan  ölkəmiz bu gün belə inam və etimad sahibidir. Bütün bunlar  Azərbaycanın qlobal səviyyədə öz siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş imicini qazanmasından, müstəqil dövlət kimi dünya xəritəsində öz layiqli yerini tutmasından, ölkəmizin xarici siyasətinin artıq qlobal xarakter daşıdığıdan xəbər verir.Ölkəmiz təmsil olunduğu platformalarda bütün tərəfdaşlarla geniş əlaqələr qurub, səmərəli qarşılıqlı əməkdaşlığa nail olub. Bu səbəbdən Azərbaycan qlobal səviyyədə öz siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş kimi dəvət olunur. 60-cı Münxen Təhlükəsizlik Konfransı da bunu bir daha təsdiqləmiş oldu. Etibarlı və səmərəli tərəfdaş kimi bu gün Azərbaycan dünya birliyinin ehtiramla yanaşdığı lider ölkədir!.

 Mətləb Salahov








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031