Antoni Blinken Cənubi Koreyaya gedəcək
ABŞ və Koreya Respublikası dövlət katibi Antoni Blinkenin mart ayında üçüncü Demokratiya Sammitində iştirakı üçün Seula mümkün səfərinə dair danışıqlar aparırlar. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Agentliyə açıqlama verən mənbələrin sözlərinə görə, səfərlə bağlı yekun qərar hələ verilməyib, lakin çox güman ki, bu səfər baş tutacaq. Agentliyin həmsöhbətləri hesab edirlər ki, A.Blinken Cənubi Koreyaya səfər edərsə, ABŞ Prezidenti Cozef Bayden tədbirə böyük ehtimalla onlayn olaraq qatılacaq.
Xatırladaq ki, bu il Demokratiya Sammitinin təşkilatçısı Koreya Respublikasıdır. Tədbirin keçiriləcəyi tarix hələ açıqlanmayıb.
Mətləb Salahov