Zivər Zeynalova: "Xatirə Kitabı Redaksiyasının hazırladığı bu cildlərdə şəhid balalarımızın xatirəsi əbədiləşdirilib"
"Möhtəşəm Heydər Əliyev Mərkəzində sizləri salamlamaq böyük qürürdur, böyük bir fəxrdir. Burada bizə qələbə sevinci yaşadanların valideynləri, yaxınları toplaşıb. Bu gün Göyçayda keçirilən tədbirin ən əziz qonaqları sizsiniz. Bu günkü tədbirimizdə təqdimatı keçirilən "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildini Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası hazırlayıb, çap edib. Bu kitablarda əziz balalarımızın xatirəsi əziz tutulub
Bildiyimiz kimi, Xatirə Kitabı Redaksiyasının hazırladığı bu cildlərdə şəhid balalarımızın xatirəsi əbədiləşdirilib, onlar barədə müəyyən məlumatlar yer alıb". Baki-xeber.com-un məlumatına görə, bu fikirləri Göyçay Rayon İcra hakimiyyəti başçısının müavini Zivər Zeynalova Göyçay rayon Heydər Əliyev Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimat mərasimində deyib. Z. Zeynalova əlavə etdi ki, Xatirə Kitabı Redaksiyası şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlərini davam etdirir, növbəti cild üzərində işləyir. İcra başçısının müavini qeyd etdi ki, Azərbaycan dövləti şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə qayğı göstərilməsi yönündə çoxsaylı tədbirlər həyata keçirir.
İradə SARIYEVA
Göyçay