Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri fevralın 19-da başa çatıb.
Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfində fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər yola saldılar.