KÖHNƏ VERSİYA            

Ermənistanın sərhəd təxribatlarının əsl səbəbləri açıldı...

Image

Son günlərdə Azərbaycan-Ermənistan şərti dövlət sərhədində erməni silahlı qüvvələri tərəfindən atəşkəs halları bir neçə dəfə pozulub. Olay Münhen Təhlükəsizlik Konfransı ərəfəsində baş verdiyindən, ekspertlər bu məqama indi xüsusi diqqət edirlər. Məsələn, rusiyalı ekspert Aleksey Naumov burada bir əlaqə olduğunu vurğulayır.

O qeyd edir ki, məhz sərhəddə baş verənlər fonunda Ermənistanın baş naziri Nikol Paşinyan  Münhen Təhlükəsizlik Konfransına gələrək Qərbdən daha çox maliyyə və hərbi yardım istəyib. Ekspert Ermənistan silahli qüvvələrinin Azərbaycanla sərhəddə yenidən hərbi təxribatlarının bununla birbaşa əlaqəli olduğunu deyib. Onun fikrincə, beş aylıq sakitlikdən sonra Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması İrəvanın Qərb ölkələrindən mümkün qədər çox dəstək almaq istəyi ilə bağlıdır: “Baş nazir Nikol Paşinyanın Ermənistan üçün sağlam inkişaf proqramı yoxdur, lakin o, ölkəni Avropa İttifaqı və ABŞ-ın peykinə çevirmək, bununla da onlarla hərbi və maliyyə əlaqələri qurmaq üçün əsaslar yaratmaq arzusundadır”. Yada salaq ki, fevralın 3-də Ermənistan-Azərbaycan sərhədində Azərbaycana soxulmağa cəhd edən avropalı casus saxlanılıb. Fevralın 12-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri Ermənistan Silahlı Qüvvələrinin sərhəd mövqeyindən “Yerkrapa” silahlıları tərəfindən atəşə tutulub. Yenə həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ardınca fevralın 16-da Ermənistan Azərbaycan ordusunun Daşkəsən istiqamətində yerləşən mövqelərini atəşə tutub. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub. Aleksey Naumov qeyd edib ki, Qarabağ məsələsinin bağlandığı sentyabrın sonundan fevralın əvvəlinə kimi sərhəddə sakitlik hökm sürürdü: “Amma indi Azərbaycanla sərhəddə gərginlik yaratmaq Ermənistan rəhbərliyinin strateji xəttinə uyğundur. Ermənistan rəhbərliyi Qərb dövlətləri ilə təmasda olmaqdan müəyyən fayda əldə etmək niyyətindədir. Azərbaycana qarşı silah, vəsait və ya beynəlxalq siyasi dəstək almaq üçün onlara yaxınlaşır. Ermənistanın özü üçün gördüyü yeganə siyasi "valyuta” status qurbanlarıdır. Buna görə də hakimiyyət bu statusu əldə etmək və gücləndirmək üçün imkanlar axtarır. Ermənistan hakimiyyəti beynəlxalq təşkilatlara müraciət etmək və tələblərinin aktuallığını bəyan etmək üçün Ermənistan-Azərbaycan sərhədində hərbi təxribatlar törədir. Məcaza davam edərək, siyasi "valyutalarını” Qərb dövlətlərinin hesablarına keçirmək istəyirlər. Bu həyata keçirildikdə, Qərb himayədarları Ermənistanı diplomatik, siyasi və iqtisadi cəhətdən dəstəkləyəcək, həmçinin, ola bilsin ki, müəyyən silahlar tədarük edəcək və ya erməni hərbçilərinin təlimi ilə məşğul olacaqlar”.

Politoloqun fikrincə, hərbi təxribatlarda təşəbbüs məhz İrəvanın özündən qaynaqlanır: “Bu, sırf erməni hekayəsidir, Qərb tərəfdaşlarından əlavə vəsait və dəstək tədbirləri istəmək üçün lazımdır. Bu, kifayət qədər sadə sxemdir: Nikol Paşinyan sonradan bundan faydalanmaq üçün gərginlik yaradır. Hələlik bu, kifayət qədər yaxşı işləyir və onun bu xətti davam etdirməməsi üçün heç bir səbəbi yoxdur. Amma Azərbaycanın sərt cavabı Nikol Paşinyanı sakitləşdirə bilər, lakin biz başa düşürük ki, Bakı ilə qarşıdurma bəhanəsi ilə Qərbdən kömək istəmək Paşinyanın həyata keçirdiyi bir neçə xarici strategiyadan biridir. Əks halda, Azərbaycanla hərbi gərginlik yaratmasa, Ermənistanın bundan sonra hara getdiyi, nə ilə məşğul olduğu və hakimiyyətin hərbi proqramdan başqa hansı proqramı olduğu ilə bağlı suallara cavab verməli olacaq. Lakin Nikol Paşinyan yəqin ki, hələ də buna hazır deyil”. Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribat İrəvanın sülhə olan real münasibətini də göstərir. Azərbaycan isə sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır. Burada onu da qeyd edək ki, Avropa İttifaqı Azərbaycanla sərhədyanı bölgədə birtərəfli razılıqla mülki müşahidə missiyası yerləşdirib. Bu günlərdə Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, sərhəddəki vəziyyətlə tanış olub. Missiya üzvlərinin sayının 138-dən 209-a çatdırılması regionda vəziyyətin gərginləşməsinə təsir göstərib. Yeri gəlmişkən, bu missiya 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Müşahidəçilərin maraqlarını müdafiə edəcəyinə arxayın olduqlarından Ermənistanın sərhədyanı bölgədə təxribatları da artıb.  Rəsmi İrəvan bu təxribatı törətməklə regionda üçüncü tərəfin maraqlarının təmsilçisi olduğunu nümayiş etdirib. Bu hadisə Ermənistana etibar və etimadın yaranmasına mane olur. Bir daha üzə çıxır ki, iki ölkə arasında sərhəd məsələsi həll olunmayanadək üçüncü qüvvə rəsmi Bakı ilə İrəvan arasında pozuculuq fəaliyyətini davam etdirəcək. Buna Ermənistan özü də müvafiq şərait yaradır. Amma nəticədə ən çox zərər görənlərdən biri də elə Ermənistan özüdür. 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031