KÖHNƏ VERSİYA            

Münhen görüşü Azərbaycan və Ermənistanın nüfuz fərqini göstərdi...

Image

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş, onun nəticələri barədə ekspert dairələrində maraqlı  fikirlər səslənməkdədir. Qeyd edək ki, Münhendə Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə prezident İlham Əliyevin Nikol Paşinyanla ikitərəfli görüşü olub. 

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

Bütün bunları şərh edən  rusiyalı politoloq Sergey Markedonov yazır: “Yubileydə, yəni sayca altmışıncı Münhen konfransında, təbii ki, Zaqafqaziya gündəliyi əsas yer tutmadı. Bununla belə, bölgənin tədqiqatçıları bəzi hekayələrə diqqət yetirməlidirlər. Mötəbər forumun kuluarlarında Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub. Biri deyəcək ki, böyük işdir, görünməmiş bir şeydir, digəri bildirəcək ki, bu, onilliklərdir müzakirə olunur. Düzdür, bu müddət ərzində Qarabağda və Ermənistan-Azərbaycan sərhədində hərbi-siyasi status-kvo dəfələrlə dəyişib, bu vəziyyətdə də uzun müddətdir davam edən iki ölkə arasında ziddiyyətin həlli gözlənilmir. Ancaq nəticələrə və mühakimələrə tələsməməlisiniz. Olaf Şolzun moderatorluğu ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş  Azərbaycan və Ermənistan liderləri arasında bu ildə ilk danışıqlardır. Onlar 2024-cü ildə diplomatik durğunluğa yol açan sülh sazişinin imzalanması ilə bağlı müsbət yeni il proqnozları dalğasından sonra baş verdi. Üstəlik, fevralın 12-13-də bir neçə aylıq sakitlikdən sonra ilk dəfə olaraq hərbi qarşıdurma baş verdi. Bundan bir neçə gün sonra Paşinyan və Əliyev danışıqlar masasına qayıtmaq qərarına gəliblər. “Masa üzərində” olanlar isə çoxdan tanış olan menyudur (demarkasiya-delimitasiya, sülh müqaviləsinin hazırlanması + əlaqəli mövzu - Ermənistan-Türkiyə normallaşması).  Qərb mövcud vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır. Münhen konfransının təşkilatçısı kimi Almaniya danışıqlara təşəbbüs göstərib. Lakin ABŞ dövlət katibi Entoni Blinken də Nikol Paşinyanla danışıqlar aparıb. Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn bildirib ki, Vaşinqton İrəvan və Bakının mövqelərini yaxınlaşdırmağa çalışacaq. Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi Bavariyanın paytaxtında keçirilən forumda iştirakı ilə rəsmi İrəvandan tamamilə fərqli mövqedədir. İlham Əliyev və Şolz bütün dünyaya göstərdilər ki, onların ölkəsinin əhəmiyyəti, müzakirələri bir münaqişədən daha genişdir. İqlim gündəliyinin müzakirəsində Azərbaycan liderinin iştirakı da bundan irəli gəlir. Qeyd edək ki, Əliyev Co Baydenin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüş keçirib (bu siyasətçi və diplomatı təqdim etməyə ehtiyac yoxdur). 2024-cü ilin sonunda Bakıda BMT-nin İqlim Forumu keçiriləcək. Bu, Azərbaycanın artıq “orta güc” kimi bir rola iddiaçı kimi çıxış etməsi, ambisiyalarını nümayiş etdirmək üçün yaxşı səbəbdir. Azərbaycan həm Qərb, həm də Rusiya platformasında özünü çox rahat hiss edir, daha böyük nüfuz sahibi olduğunu göstərir. Ermənistan haqqında isə bunu demək olmur. İndi Ermənistan “Rusiyadan qaçaraq” ABŞ və Aİ-nin qucağına atılır. Eyni zamanda Münhen konfransı Ermənistan və Hindistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Subrahmanyam Caişankar arasında danışıqlar platformasına çevrildi. Hindistan və Ermənistan son vaxtlar hərbi-texniki əməkdaşlığı artırırlar. Hindistan ekspert icmasının nümayəndələrinin hind-erməni yaxınlaşması perspektivlərinə dair bəzi qiymətləndirmələrini oxumaq çox maraqlıdır.  Bunun fonunda Rusiya üçün əslində yalnız bir dərs var. Ətalət ssenariləri, hər şeydən əvvəl, informasiya sferasında aradan qaldırılmalıdır. Eyni zamanda başa düşmək lazımdır ki, həm Qərb, həm də Şərqdən gələn təşəbbüslərə Moskvanın tərəfdaşları üçün faydalı olan və təkcə keçmişə deyil, gələcəyə yönəlmiş layihələrə qarşı çıxmaq lazımdır. Yəni Ermənitanı təkcə Qərbin yox, Hindistanın da orbitinə buraxmaq olmaz”.

Ekspert qeyd edir ki, Azərbaycanla vəziyyət başqadır. Çünki Bakı bütün platformalarda özünü layiqincə və müstəqil aparır. Ermənistanla durum isə tamamilə fərqlidir. Bunu əslində erməni politoloq Armen Baqdasaryan da etiraf edir. O da qeyd edir ki, Rusiya platformasında Ermənistan çətin durumdadır: “Ermənistan, Rusiyadan fərqli olaraq, Qərb platformasında özünü çox rahat hiss etdiyini düşünür, amma Azərbaycan özünü həm Qərb, həm də Rusiya platformalarında eyni dərəcədə rahat hiss edir. Təsadüfi deyil ki, Münhendə də Bakı digər məkanlarda olduğu kimi eyni tələbləri irəli sürür. Yəni orada da bildirdi ki, son eskalasiyanın səbəbkarı erməni tərəfi olub, eyni zamanda, Ermənistandan qanunvericiliyin dəyişdirilməsini, Bakıya qarşı ərazi iddialarından əl çəkməsini tələb etdi. Qərb heç bir şəkildə buna qarşı durmadı, Azərbaycana kəskin və ya məqsədyönlü reaksiya olmadı. İlham Əliyev Qərb platformalarında özünü rahat hiss etdiyini nümayiş etdirdi, çünki o, Qərb siyasətinin praqmatik maraqlara, o cümlədən iqtisadi və enerji maraqlarına söykəndiyini çox gözəl anlayır. Bu platformada Azərbaycan özünü Qərbin, Qərb də Azərbaycanın mühüm tərəfdaşı hesab edir. Ermənistan hakimiyyətinin görüşlərinə gəlincə, Şolts və Britaniya məxfi kəşfiyyatının rəhbəri ilə, yəni Rusiyanın özünə bir nömrəli düşmən hesab etdiyi bütün strukturlarla görüş göstərdi ki, Paşinyan əksinə, Qərbdə Rusiyanı təxribata çəkməkdən, hiddətləndirməkdən çəkinmir. Bu, başadüşülən deyil, çünki bunun müqabilində heç kim Qərbdən dəstək təklif etməyib və heç bir dəqiq vəd verməyib. Düşünürəm ki, Paşinyan sadəcə olaraq Qərbin bizi xilas edəcəyinə ümid edərək avantüraya əl atır. Ermənistanın gələcəyini və suverenliyini masaya qoyur. Buna “rus ruleti” də deyə bilərsiniz, baxmayaraq ki, burada sağ qalma ehtimalı 84,4%-dən yüksəkdirsə, Ermənistanın zərərsiz çıxmaq ehtimalı daha azdır. Bu çox çətin vəziyyətdə İrəvanın hazırki siyasətdən zərərsiz çıxmaq şansı azdır. Amma Nikol bu risqə getmək hüququ olmadan gedir. O öz əmlakını və ailəsinin əmlakını masanın üstünə qoya bilər, amma heç vaxt dövlətçiliyimizin və xalqımızın gələcəyini qoya bilməz. Bunu nəzərə almadan o, avantürist siyasətə əl atır ki, bunun da nəticələri çox ağır olacaq”. Ermənistanın “168.am” nəşri də məsələyə eyni prizmadan yanaşır. Nəşr qeyd edib ki, Ermənistan bir dövlət olaraq öz ləyaqətini demək olar dönməz şəkildə itirib və bu proses davam edir: “Görünür, bütün bunlar Nikol Paşinyan və onun siyasi qrupu, yaxud hər ikisi vasitəsilə edilir. Bu, əlbəttə ki, belədir, ancaq ilk baxışdan. Əslində, dövlətin ləyaqətindən məhrum edilməsi prosesində yüzlərlə yüksək, orta və sıravi məmurun olduğu onlarla sistem iştirak edir. Ordunun onlarla yüksək rütbəli, general və digər rütbəli hərbçiləri siyasi hakimiyyət tərəfindən silahlı qüvvələrin dəyərsizləşdirilməsi və nüfuzdan salınması prosesini səssizcə izləyir. Oxşar vəziyyət Milli Təhlükəsizlik Xidmətində, polisdə və fərqli xüsusiyyətlərə malik digər hüquq-mühafizə sistemlərində də mövcuddur. Ermənistanın dövlət sistemlərində, əslində peşəkarlıq və rəğbət kimi ləyaqət səciyyəsi yoxdur ki, bu da onları ən azından müqavimətə və aparılan siyasətlə razılaşmamağa məcbur edəcək. Münhendə baş verənlər xarici siyasətdə də eyni halın hökm sürdüyünü göstərir”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031