Magistr və dövlət qulluğu imtahanına "məntiq" salanların məntiqi nədir?..
li məktəblərə, magistraturaya və dövlət qulluğuna qəbul zamanı abituriyentlərin yüksək bal toplamamasının əsas səbəbi məntiqdən olan sualların çoxluğudur. Məlumdur ki, ölkədə təhsilin heç bir mərhələsində məntiq fənni tədris olunmur.
Bir çox istiqamətlər üzrə, həmçinin dövlət qulluğuna qəbul və magistraturaya qəbul imtahanında iştirakçılar məntiq fənnindən sualları cavablandırmaq məcburiyyətində qalır.
Maraqlıdır, imtahana ayrıca fənn kimi tədris olunmayan mıntiqdən niyə suallar salınır?
Elmin Nuri: “Hazırda ali məktəbə qəbul, magistrature, dövlət qulluğuna qəbulda məntiq əsas predmet sayılır”
Təhsil eksperti Elmin Nuri “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu məsələ olduqca vacib və aktualdır: “Bu gün orta məktəb, ali təhsil ocaqlarında məntiq fənninin tədrisi vacibdir. Danılmaz faktdır ki, hazırda ali məktəbə qəbul, magistratura, dövlət qulluğuna qəbulda məntiq əsas predmet sayılır. 11 il ərzində məntiqlə bağlı heç nə keçməyən bunu qavramaqda çətinlik çəkir. Bu səbəbdən də təhsil müəssisələrində məntiq tədris olunmalıdır”.
Nadir İsrafilov: “Qəbul imtahanlarında sualların çoxu məntiqə əsaslanır, ona görə də məntiq ya bir fənn kimi tədris olunmalıdır, ya da imtahanlardakı məntiq sualları ləğv olunmalıdır”
Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, məntiqə yanaşmanın özündə də fərqlilik və ziddiyyət var: “Məsələn, Albert Eynşteyn deyirdi ki, məntiq elm deyil. Məntiq bizi A nöqtəsindən B nöqtəsinə aparır. Lakin təxəyyülümüz V nöqtəsindədir. Dində də bu var ki, nəyin yüz faiz düz və yaxud səhv olduğunu kiməsə sübut eləmək mümkün deyil. Çünki hər kəsin öz həqiqəti var. Hər kəsin öz yanaşması var. Bu gün təhsilimizdə nə qədər yeniliklər olur. Amma bu yenilikləri də hamı eyni cür qarşılamır. Hərənin məsələyə öz yanaşması və fikrinin sübutu üçün öz arqumenti olur. Bilik Günü, məktəbli forması və digər məsələlərlə bağlı cəmiyyətdə nə qədər fikir ayrılığı var?! Yəni hər kəs istənilən məsələ barədə öz məntiqi ilə çıxış edir. Tələb olunan istənilən məsələnin bazası olmalıdır. Orta məktəbdə riyaziyyat keçiriksə, kimya keçiriksə, ali məktəbə qəbul zamanı da bunu tələb edə bilərik. Amma biz orta məktəbdə məntiq keçmirik axı?! Di gəl ki, qəbul imtahanlarında sualların çoxu məntiqə əsaslanır. Ona görə də məntiq ya bir fənn kimi tədris olunmalıdır, ya da imtahanlardakı məntiq sualları ləğv olunmalıdır. Belə olarsa, qəbul zamanı yüksək bal toplayanların da sayı artar və sağlam rəqabət yaranar”.
Günel CƏLİLOVA