Ərdoğan: "AŞPA-nın Azərbaycanla bağlı qərarı qüvvədən düşənədək dəstəyimizi davam etdirəcəyik"
AŞPA-da Azərbaycan nümayəndə heyətiylə bağlı qərara qarşı reaksiyamızı göstərdik. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.
"Alınan qərar qüvvədən düşənədək Azərbaycana dəstəyimizi davam etdirəcəyik. AŞPA-nın münaqişə deyil, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olması gərəktiyini vurğulamağa davam edəcəyik", - deyə o əlavə edib.