"Qardaşım İlham Əliyevin Prezident seçildikdən sonra ilk rəsmi səfərinin Türkiyəyə olmasından böyük məmnunluq duyuram" - Ərdoğan
Qardaşım İlham Əliyevin Prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyuram.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.
"7 fevralda baş tutan növbədənkənar Prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarında keçirilməsi tarixi önəm daşıyır. Seçki nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm", - o deyib.