KÖHNƏ VERSİYA            

Bakı-İrəvan sülh görüşlərində fasilə bitdi - yeni fazanın başlanacağı gün...

Image

Akif Nağı: “...İnanmıram ki, Paşinyan razılaşmaya əməl etsin”

Fevralın 17-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

Əliyev-Paşinyan görüşündə razılıq əldə olunub ki, sülh sazişi üzrə danışıqlar davam etdirilsin. Ermənistan sözünün üstündə duracaqmı?

“Ermənistan iki dövlətin - ABŞ və Rusiyanın tapşırığı ilə hərəkət edə bilər” 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində “Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü gözlənilən deyildi. Amma görünür müəyyən məsələlər, müəyyən  təşəbbüslər var. Deyərdim ki, bu görüş Qərblə Rusiya arasında təşəbbüs uğrunda gedən mübarizənin bir mərhələsi ola bilər. Bilirsiz ki, Azərbaycan Qərbin təşəbbüslərini birmənalı şəkildə rədd etmişdi. Sonuncu Qranada görüşündən sonra Azərbaycana qərəzli mövqe nümayiş etdirildi və tam olaraq ermənpərəst mövqedən çıxış etdilər. Qranada görüşü beş tərəfli formatda idi, Azərbaycanınn, Ermənistanın, Avropa İttifaqının, Almaniya və Fransanın iştirakı nəzərdə tutulurdu. Azərbaycan o vaxt şərt qoymuşdu ki, əgər format genişlənirsə, Türkiyə də iştirak etməlidir, onlar Türkiyənin iştirakına razılıq vermədikləri üçün Azərbaycan da görüşdən imtina etdi. Bu təkcə Türkiyənin iştirak edib-etməməsi ilə bağlı deyildi, onlar ümumiyyətlə Azərbaycana qarşı qərəzli mövqe tutdu. Azərbaycanı əsassız yerə sərt şəkildə ittiham etdilər, günahlandırdılar” - deyə bildirdi.

A.Nağı qeyd etdi ki, hətta Azərbaycana qarşı təzyiqlər başladı, sanksiyalar təklif edildi, çünki Azərbaycan “xidmətindən” istifadə edib. O bildirdi ki, Azərbaycan həmçinin Rusiyanın da vasitəçiliyinə o qədər meyl göstərməyib. “Azərbaycan Prezidentinin son açıqlamaları ondan ibarətdir ki, bizə vasitəçi lazım deyil, özümüz danışıqları ikitərəfli qaydada apara bilərik. Bu istiqamətdə Azərbaycan təşəbbüs göstərirdi, bu təşəbbüsün də müəyyən qədər nəticələri vardı. Keçən ilin dekabrında Azərbaycanla Ermənistan birgə bəyanatla çıxış etdilər. Razılaşmaya əsasən hərbiçilərin dəyişdirilməsi prosesi baş verdi, şərti sərhəddə ikitərəfli görüşlərlə bağlı addımlar atıldı. Azərbaycan sülh müqaviləsinə dair prinsiplərini vasitəçisiz olaraq Ermənistana təqdim etmişdi, onlar buna cavab verirdilər, münasibətlərini bildirirdilər. Yəni vasitəçisiz ikitərəfli danışıqlar prosesininin Azərbaycanın təşəbbüsü ilə getdiyini göstərdi. 

Azərbaycanda yeni prezident seçkiləri keçirildi və bu prezident seçkilərinə Qərb tərəfdən sanki bir müsbət münasibət bildirildi, onlar  da İlham Əliyevi yendən Prezident seçilməsi münasibətilə   təbrik etdilər. Azərbaycandan da nə isə gözlədikləri hiss olunurdu. Ona görə də, Azərbaycan bu dəvəti qəbul edib həmin konfransda iştirak etdi. Konfransın özündən daha çox görüşlər maraqlı idi. Siz də yəqin diqqət yetirdiniz, görüşlər qarşı tərəflərin təşəbbüsü ilə olurdu. Yəni istər beynəlxalq təşkilatlar olsun, istər ABŞ, Almaniya və başqa ölkələrin rəsmi şəxsləri olsun, onlar özləri Azərbaycan Prezidenti ilə görüşməyə can atırdılar, təşəbbüs göstərirdilər. Bu o demək idi ki, Azərbaycana deyiləcək sözləri var. 

Sonda da maraqlı bir hadisə baş verdi, gözlənilməz görüş keçirildi. Yeni bir format ortaya çıxdı. Almaniya kansleri Şolts ev sahibi statusunda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin görüşünü təşkil etdi. Bu görüş, burada irəli sürülən təşəbbüs Azərbaycanın təşəbbüsünün davamı kimi dəyərləndirilməlidir.   Azərbaycan vasitəçisiz ikitərəfli danışıqların, görüşlərn tərəfdarıdır. Ona görə də, bu mənada Qərb Azərbaycanın mövqeyini qəbul edir, ola bilsin, Rusiya da artıq bu mövqe ilə hesablaşsın. 

Mətbuata çıxanlardan çıxış edib deyə bilərik ki, orada sülh müqaviləsi ilə bağlı xarici işlər nazirlərinə danışıqları davam etdirmələri üçün tapşırıqlar verildi, delimitasiya ilə bağlı tapşırıqlar, təlimatlar verildi. Delimitasiya üzrə komissiyanın görüşlərinin keçirilməsi təklif edildi. İlk baxışda vahid bir sənəd qəbul edilmədi, danışıqlar tapşırıqlardan ibarət oldu. Yəni bu görüşdən sonra xaric işlər nazirlərinə konkret tapşırıqlar verildi. Bu da fərqli yanaşmadır. 

Ermənistanın mövqeyinin dəyişib-dəyişməyəcəyinə gəldikdə, bu barədə fikir bildirmək çətindir. Hesab edirəm ki, böyük ehtimalla Ermənistanın mövqeyi dəyişməyəcək. Çünki hələlik heç nə dəyişməyib. Dəfələrlə bildirmişik ki, Ermənistanın sülh müqaviləsi imzalaması üçün ortada iki amil ola bilər. Ya Ermənistan üzərində təsir imkanına  malik olan dövlət Ermənistana tapşırıq verməlidir ki, get Azərbaycanla sülh müqaviləsi imzala, o halda Ermənistan sülh müqaviləsi imzalaya bilər. Bu dövlət ya ABŞ, ya Rusiya ola bilər. Çünki o biri dövlətlər o gücdə deyil ki, sonradan da sülh prosesini davam etdirsinlər. Ermənistan iki dövlətin - ABŞ və Rusiyanın tapşırığı ilə hərəkət edə bilər. Ya da Azərbaycanın təzyiqindən sonra, güc amili ortaya çıxandan sonra Ermənistan sülh müqaviləsini imzalaya bilər”.

A.Nağı hesab edir ki, Ermənistanın sülh müqaviləsinin imzalanmasına marağı yoxdur, çünki sülh prosesini pozur, atəşkəsin pozulması da buna nümunədir. O qeyd etdi ki, heç Ermənistanın xaricdəki havadarları da, məlum xarici dövlətlər də sülhün yaranmasına həvəs göstərmir. “Qərb ABŞ, Avropa İttifaqı vasitəsilə meydandadır, danışıqlarda iştirak edir. Sülh müqaviləsinin imzalanması Qərbin maraqlarına uyğun deyil” - deyə qeyd edən A.Nağı bildirdi ki, Münhen görüşündə Əliyevlə Paşinyanın görüşündə əldə olunan razılığa Paşinyanın əməl edəcəyi şübhə doğurur: “Danışıqlar prosesində yeni faza açıldı, Azərbaycan Prezidenti yenə də öz təşəbbüsləri ilə ortaya nümunə qoydu. Münhendə İlham Əliyevlə Nikol Paşinyan arasında müəyyən məsələlərdə razılıq əldə olundu, amma inanmıram ki, Paşinyan razılaşmaya əməl etsin. Çünki o, heç zaman müstəqil qərar qəbul edə bilmir. Dəfələrlə söz verib, amma verdiyi vədi yerinə yetirməyib. Bu baxımdan Ermənistanın yeni şifahi razılaşmaya əməl edəcəyi elə də inandırıcı görsənmir.   Rəsmi İrəvan və onun havadarları sülh sazişinin imzalanmasında maraqlı görsənmir” - deyə qeyd edən A.Nağı hesab edir ki, Ermənistan hansısa formada sülhə məcbur edilməlidir.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031