Paşinyanı " boz zonalar" müzakirəsinə kim dəvət edib?
Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı daha bir məlumat yayılıb. Məlumatda deyilir ki, N.Paşinyan Münhendə "Avropada boz zonalar" adlı panel müzakirələrində iştirak edib və bir sıra "məsələlər" barədə danışıb. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: Paşinyan Münhendə "Avropada boz zonalar" adlı panel müzakirələrində iştirak və məruzə ilə çıxış edib. Məlumara görə panel qapalı keçirilib. Qəti şübhə yoxdur ki, Paşinyan əsasən keçmiş Qarabağ münaqişəsindən danışıb.
Maraqlıdır, görəsən Paşinyan "boz zona" müzakirələrinə bu məsələni hansı məntiqlə qarışdırıb? Bu adla panel təşkil edənlər Paşinyana bu mövzuda məruzəni hansı məntiqlə veriblər və ümumiyyətlə onu bu panelə hansı düşüncə ilə dəvət ediblər?!..
Detallı xəbərlər gəlsin, görək paneldə nələr baş verib...
Mətləb