Bələdiyyələrə təhvil verilən məzarlıqların sayı açıqlandı
Azərbaycanda 4204 məzarlıq mövcuddur. Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin Regional komitəsinin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bu məzarlıqlardan 3268-i bələdiyyələrə təhvil verilib.
“900-dən artıq qəbirsanlıq hələ təhvil verilməyib. Bunun da səbəbi ondan ibarətdir ki, həmin məzarlıqların xəritəsi tam bəlli deyil.
Bəzi rayon icra hakimiyyətlərində də bununla əlaqədar komissiya yaradılsa da, bu komissiyaların işi dayandırılıb. Amma bu işlər davam edəcək, qəbiristanlıqlar bələdiyyələrə təhvil veriləcək”, - deyə o qeyd edib.