İsrail xəbərdarlıq edi - girovlar... azad edilməsə Rafaha daxil olacağıq
Qəzza sektorunda olan israilli girovlar yaxın bir neçə həftə ərzində azad edilməsələr, o zaman İsrail Qəzzanın cənubunda əməliyyatlarını genişləndirəcək və Rafah şəhərinə daxil olacaq. Bu haqda İsrailin Müharibə Kabinetinin üzvü və keçmiş müdafiə naziri Beni Qants açıqlayıb.
“Dünya və “HƏMAS” liderləri bilməlidir ki, girovlarımız Ramazana qədər evlərinə qayıtmasalar, döyüşlər hər yerdə, o cümlədən Rafahda davam edəcək” – Beni Qants deyib.
Beni Qantsın qeyd etdiyi kimi, İsrail hücumlara koordinasiyalı şəkildə başlayacaq və amerikalı və misirli tərəfdaşlar ilə birlikdə dinc əhali arasında itkilərin sayını minimuma endirmək üçün mülki əhalini təxliyə etməyə çalışacaq.
“Onlar girovları azad edə bilərlər və Qəzza vətəndaşları müqəddəs Ramazan bayramını qeyd edə biləcəklər”- Beni Qants açıqlayıb.