Macarıstan hökuməti Budapeştdə gələn ABŞ senatorları ilə görüşməkdən imtina etdi
ABŞ Senatının ikipartiyalı nümayəndə heyəti Budapeştə səfər edib, lakin Macarıstan hökuməti onlarla görüşdən imtina edib. Məlumatı “Associated Press” yayır.
Nümayəndə heyətinin üzvləri İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə keçirilməsi istiqamətində Macarıstan parlamentinə çağırış etmək üçün Macarıstan hökumətinin nümayəndələri ilə görüşmək istəyiblər, lakin Macarıstan hökuməti görüşə razılıq verməyib.
Senator Cin Şahin bildirir ki, Macarıstan hökumətinin heç bir üzvünün nümayəndə heyətinin göndərdiyi dəvəti qəbul etməməsindən məyusdur, lakin fevralın 26-da Macarıstan parlamenti işə qayıdanda İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermənin başlayacağına görə müsbət əhvali-ruhiyyədədir.
Senator Kris Merfi isə Orban hökumətinin ABŞ nümayəndə heyəti ilə görüşdən imtina etməsinin qəribə və narahatedici olduğunu bildirib.
TAHİR