"Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır" - Səfir
Almaniya və Avropa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını öz imkanlarını daxilində dəstəkləməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "X" sosial şəbəkə hesabında qeyd edib.
"Mən bunu hər iki ölkə ilə danışıqlar zamanı təsdiqlədim. Yaxşı haldır ki, hər iki tərəf təkrar güc tətbiq edilmədən açıq məsələləri həll etməyə razılaşdı", - deyə səfir əlavə edib.