Misirdən AÇIQLAMA: "Fələstindəki parçalanmada HƏMAS günahkardır"
Fələstinin HƏMAS radikal qruplaşmasının rəsmi olaraq tanınan Fələstin hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bunu Münxen Təhlükəsizlik Konfransında Misirin xarici işlər naziri Sameh Şükrü deyib. Onun sözlərinə görə, HƏMAS Fələstin konsensusundan kənardadır və İsrailin mövqeyini tanımır, danışıqlara girmir və eskalasiya kursundan əl çəkmir.
Şükri həmçinin HƏMAS-ın Qəzza zolağında hakimiyyətə necə gəldiyini, hərəkatın maliyyə mənbələri ilə bağlı narahatlığını da dilə gətirib. Diplomat hesab edir ki, bu, HƏMAS və münaqişənin sülh yolu ilə həllini müdafiə edən Fələstin qüvvələri arasında parçalanmaya səbəb olub.
Mətləb Salahov