Yaponiya Ukraynanın bərpası ilə bağlı konfrans keçirəcək
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava mətbuat konfransında bəyan edib ki, Yaponiya hökuməti Ukraynanın bərpası ilə bağlı konfrans keçirəcək.
Onun sözlərinə görə, iclasda Yaponiyanın Baş naziri Fumio Kişida, onun ukraynalı həmkarı Denis Şmıqal, eləcə də kənd təsərrüfatı, informasiya texnologiyaları, enerji və digər sahələrlə bağlı 200-ə yaxın Yaponiya və Ukrayna şirkətinin nümayəndələri iştirak edəcək.
Mətləb Salahov