"Ukraynadakı müharibə ABŞ-ın hərbi-sənaye kompleksini dirçəldib"- WSJ nəşri
Ukraynadakı münaqişə ABŞ-ın hərbi-sənaye kompleksinə ölkənin Müdafiə Nazirliyi və avropalı müttəfiqlərindən gələn sifarişlərin sayını artırıb. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Məlumata görə, son iki il ərzində ABŞ-ın müdafiə sənayesi silah-sursatla bağlı sifarişlərin kəskin artması ilə üzləşib. Bu, avropalı müttəfiqlərin hərbi potensialını artırmağa çalışması, Pentaqonun isə Ukraynaya silah göndərməsi ilə bağlıdır. Qəzet iddia ki, Amerika hərbi-sənaye kompleksində istehsalın ümumi artımı Ukraynada münaqişə başlayandan bəri 17,5 faiz təşkil edib.
Mətləb Salahov