Bayden xəbərdarlıq etdi - Ukrayna daha bir şəhərini itirə bilər...
ABŞ prezidenti Bayden bildirib ki, Ukrayna, ABŞ Konqresində əlavə yardım ayrılması problemindən dolayı Avdeyevkanın itirilməsindən sonra geri çəkilməyə davam edə bilər.
Bu vəziyyətdə Ukraynanın başqa bir şəhər üzərində nəzarəti itirməyəcəyinə əmin olub-olmadığı sualına Bayden, "Mən deyiləm... Heç kim əmin ola bilməz" cavabını verib. Konqres üzvlərinin yardım paketini təsdiqləməkdən imtina etdiyini ifadə edən Bayden bunu "absurd və qeyri-etik" hərəkət adlandırıb.
"Kiyevi lazım olan sursatla təmin etmək üçün mübarizə aparacağam. Konqresin hərəkətinə görə, çox şey təhlükə altındadır" - ABŞ prezidenti deyib.
TAHİR