KÖHNƏ VERSİYA            

Yeni dövrün yeni missiyası: Böyük Türk Birliyi

Image

"Milli Məclis növbəti dəfə Prezident İlham Əliyevin andiçmə mərasiminə ev sahibliyi etdi. Bu çox rəmzi məna daşıyır. Prezidentin andiçmə mərasiminin xalq tərəfindən seçilmiş təmsilçilərin iştirakı ilə keçirilməsi sadəcə deputatların deyil, onların təmsil etdiyi bütün xalqın qarşısında and içmək anlamına gəlir. Budəfəki prezident seçkilərində İlham Əliyevin ən yüksək nəticə ilə qalib gəlməsi onun həmişə öz andına sadiq qalması ilə bağlıdır."

Bu fikri Milli Məclisin deputatı Cavanşir Feyziyev mətbuata açıqlamasında bildirib. “Yaxşı xatırlayıram ki, 2003-cü ildə gənc namizəd İlham Əliyev seçildiyi təqdirdə 5 il ərazində qaçqın düşərgələrini ləğv edəcəyini və 600 min iş yeri yaradacağını vəd etmişdi. Bu vədlər həmin illər üçün həddindən artıq iddialı görünürdü və əslində verilən sözlərin heç olmasa bir hissəsinin yerinə yetirilməsi də xalqı qane edəcəkdi. Amma ilk 5 il İlham Əliyevin hansı gücə və iradəyə qadir olduğunu göstərdi. Doğrudan da ölkənin bir çox bölgələrində qaçqınların və məcburi köçkünlərin sığınması üçün tikilmiş bütün düşərgələr ləğv olundu və soydaşlarımızın daha rahat bir şəraitdə müvəqqəti yaşaması təmin olundu. İlham Əliyev, eyni zamanda, 660 min yeni iş yerinin yaradılmasına nail oldu və bu, vətəndaşların rifahının nəzərəçarpacaq dərəcədə yaxşılaşmasında da özünü göstərdi”, - deyə deputat Cavanşir Feyziyev vurğulayıb.

Deputat qeyd edib ki, 2008 və 2013-cü il seçkilərində Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və layihələr əsasən ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək, ölkədə institusional islahatların keçirilməsi ilə bağlı idi: “İlham Əliyev 10 il davam edən sonrakı iki prezidentlik müddətində bu vəzifələrin də öhdəsindən artıqlaması ilə gəldi. Enerji resurslarından asılılığı azaltmaq məqsədilə iqtisadiyyatın şaxələndirilməsi üzrə çox mühüm layihələr həyata keçirildi, korrupsiya ilə mübarizənin səmərəli şəkildə həyata keçirilməsi üçün dövlət–vətəndaş münasibətlərinin tənzimlənməsi istiqamətində çoxsaylı sistem islahatları aparıldı, vətəndaşların orta aylıq gəlirləri nəzərəçarpacaq dərəcədə artdı, bütün ölkə boyunca irihəcmli infrastruktur layihələri reallaşdırıldı. Xarici siyasət sahəsində də mühüm nailiyyətlər əldə olundu. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir neçə beynəlxalq təşkilatın qərar və qətnamələrində öz əksini tapdı. Bu illər ərzində Azərbaycan xalqı bütün çətinliklərə və problemlərə baxmayaraq, İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək davamlı inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi”.

Cavanşir Feyziyev diqqətə çatdırıb ki, 2003-cü ildən davam edən dövlət quruculuğu prosesində mühüm yeri ordu quruculuğu tuturdu: “İlham Əliyevin prezidentliyi dövründə ordumuz ən müasir standartlar əsasında yenidən quruldu və torpaqlarımızın işğaldan azad olunması üçün hər zaman müharibəyə hazır vəziyyətə gətirildi. 2020-ci ilin Vətən müharibəsindəki Zəfərimiz Azərbaycan xalqının son iki əsrlik tarixində ən böyük qələbəsi oldu. Bu qələbəni əldə edən, ordunu və xalqı daim bu qələbəyə hazırlayan və bu şanlı qələbəni tariximizə yazan Ali Baş Komandan İlham Əliyev oldu. Xalq İlham Əliyevin 20 illik prezidentliyi dövründə görünməmiş müsbət dəyişikliklərin şahidi oldu. Ona görə də 7 fevral seçkilərində xalq, demək olar ki, yekdilliklə İlham Əliyevə səs verdi. Prezident İlham Əliyevin özünün də vurğuladığı kimi, bu seçkilərlə yeni dövrə qədəm qoyuruq”.

Milli Məclisin deputatı qeyd edib ki, yeni dövrün yeni vəzifələri və nəhəng layihələri var. Vətən müharibəsindən keçən 3 il göstərdi ki, dünyada güc mərkəzi sayılan heç bir dövlət və heç bir beynəlxalq təşkilat təmənnasız olaraq, sadəcə beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın haqlı mövqeyini müdafiə etmək fikrində və əzmində deyil. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, biz öz haqqımızı öz gücümüzlə aldıq. Ona görə Azərbaycanın dünya siyasi və iqtisadi sisteminə gələcək inteqrasiyası da məhz bu rakursdan dəyərləndirilməli və yeni dövrdə siyasi gələcəyimizlə bağlı doğru və hərtərəfli ölçülüb biçilmiş addımlar atılmalıdır. Bu addımların sayı çoxdur, amma onların içərisində xalqımız üçün taleyüklü sayıla biləcək biri var. Bu, müstəqil türk dövlətləri arasında inteqrasiya proseslərini sürətləndirməklə Türk Dövlətləri Birliyini yaratmaqdır. Biz bugünkü ədalətsiz dünyanın qarşısına tək-tək deyil, bütün qardaş türk dövlətləri ilə birlikdə, əbədi müttəfiqlər kimi çıxmalıyıq. Prezident İlham Əliyev özünün andiçmə mərasimindəki çıxışında qısa da olsa bu mövzuya toxunaraq türk xalqlarını bir ailə kimi dəyərləndirdi. Bu doğrudan da belədir. Tarixən də belə olub və bu gün də belədir. Vətən müharibəsi zamanı bütün türk xalqlarının bizimlə həmrəylik nümayiş etdirməsi, bütün türk xalqlarının bizim Zəfərimizlə öyünməsi aramızdakı qırılmaz mənəvi bağlılığın həmişəyaşar olmasının göstəricisi idi. Prezident andiçmə mərasimində çıxışındakı qısa toxunuşla Azərbaycanın dünya siyasi meydanındakı gələcək mövqeyini açıq-aydın ifadə etmiş oldu. Əcdadlarımızın əsrlər boyu can atdıqları, bəzən əldə etdikləri və çox hallarda da itirdikləri böyük türk birliyi bütün müstəqil türk dövlətlərinin və ilk növbədə, Azərbaycanın siyasi gündəliyində öndə duran məsələyə çevrilir. SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş bütün türk dövlətlərində xalqlar daim bu birliyə can atıblar, onu gələcəyimizin etibarlı təminatı kimi görüblər.

“İndiyədək dövlətimizin və xalqımızın gələcəyi ilə bağlı bütün faydalı və səmərəli təşəbbüsləri böyük uğurla həyata keçirmiş Prezident İlham Əliyevin növbəti prezidentlik dövründə dünya türk xalqlarının ən müqəddəs arzusu olan birlik ideyasını gerçəkləşdirəcəyi də şübhəsizdir. O zaman bizim daha böyük və daha güclü olacağımız da şübhəsizdir. Hələ minilliklər öncə Bilgə Xaqanın söylədiyi kimi: “...Ey Türk, titrə və özünə dön. Sən özünə dönəndə böyük olursan”. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında bütün Türk dünyasının böyüklüyünü, qüdrətini özünə qaytarmaq və bütün türk xalqlarının xoş gələcəyini təmin etmək kimi şərəfli bir missiyanın yolundadır. Yolumuz uğurlu olsun!”, - deyə deputat Cavanşir Feyziyev fikrini yekunlaşdırıb.

Mətləb








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031