İki səfir Navalnının adını tutub erməni şairinin heykəlinə gül qoydu...
Hadisə Yerevanda baş verib. ABŞ- ın Yerevandakı səfiri Kuin və Britaniyanın səfiri Qallaher erməni şairi Yeqişe Çarençin heykəlinə gül dəstələri qoyublar. Ancaq bu heç də Yeqişenin xatirəsinə ehtiram əlaməti olmayıb.
Belə ki, səfirlər sosial şəbəkə hesablarında gül dəstələrinin Rusiya həbsxanasında öldürülmüş siyasətçi Navalnının xatirəsinə qoyulduğunu qeyd ediblər. Niyə məhz erməni şairinin heykəlini üzə tutaraq Navalnıya hörmət ifadə etdikərinə isə izah verməyiblər.
Namiq Quliyev