Paşinyan Münhendə Əliyevlə ikitərəfli görüşü üçtərəfli görüş kimi təqdim edir... Marağı var....
Ermənistanın baş naziri Nikol Paşinyan Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə öz sosial şəbəkə hesabında paylaşım edib. Maraqlıdır ki, Nikol Varvaroviç yenə də öz erməni xislətinə sadiq qalıb və Münxendəki görüş barədə təhrifedici fikirlər paylaşıb. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: Paşinyan Münhendən qayıtmamış oyunpozanlıq saldı. Öz feysbuk səhifəsində İlham Əliyevlə Münhendə üçtərəfli görüş keçirdiklərini yazıb və Almaniya kansleri Şoltsun da görüşdə iştirakını qeyd edib. Halbuki Münhendə İlam Əliyevlə Paşinyanın ikitərəfli görüşü olub və Şolts sadəcə olaraq görüşü təklif və təşkil edib.
Paşinyanın "fb"- də həmin qeydi yazması təsadüf deyil. Bilirik ki Paşinyan ikitərəfli sülh danışıqlarını qəbul etmir və Qərb ölkələrindən birinin - Fransa və ya ABŞ- ın da iştirakı ilə danışıqların beynəlxalq format almasına çalışır. O, Fransadan və Amerikadan xəbərsiz iş görər?!...
Münhendəki ikitərəfli görüşü üçtərəfli görüş kimi təqdim etməklə niyyətini bir daha ortaya qoydu.
Mətləb