İlham Əliyev Münhendə "topu ABŞ-ın qarşısına atdı"...
ABŞ-ın Dövlət Katibi Antoni Blinken ilə Prezident İlham Əliyevin Münhendəki görüşü diqqət mərkəzindədir. Bu görüşün ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafı barədə əhəmiyyəti və önəmli tərəfləri müzakirə olunur. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu barədə yazıb. A.Quliyev daha sonra yazır: "ABŞ-ın Dövlət Katibi Antoni Blinken prezident İlham Əliyevin Münhendəki görüşdə dediyi bu "qanadlı fikrə" lazımı qədər önəm verə və onu ABŞ prezidentinə təqdim edə bilsə, ABŞ- Azərbaycan münasibətlərinin mahiyyəti bundan sonra köklü dəyişəcək. İlham Əliyev Blinkenə söyləyib ki, Azərbaycan - ABŞ münasibətləri Azərbaycan- Ermənistan münasibətlərindən kənarda inkişaf etdirilməlidir .
Başqa sözlə desək, İlham Əliyevin bəyanatı strateji olaraq ABŞ- ın Qafqaz siyasəti üzərində erməni lobbisinin ziyanlı təsirlərini neytrallaşdlrmağa hesablanıb. Bu, olduqca böyük və çətin hədəf sayılır. Lakin geosiyasi atmosferdə baş verən indiki xəfif dəyişmələr fonunda mümkünsüz də deyil. Yetər ki, ABŞ prezidenti və onun komandası Azərbaycanın bu ölkə ilə dürüst, səmimi və ardıcıl siyasət aparmaqda maraqlı olduğuna inansınlar. Əks halda nə ABŞ- Azərbaycan münasibətlərinin indiki mahiyyəti dəyişəcək, nə də ABŞ bölgəmizdəki proseslərdə indikindən fərqli effektlərlə iştirak edə biləcək. Top ABŞ- dadır...."
Mətləb Salahov