Şoltsun təşəbbüsü və təşkilatçılığı ilə Əliyevlə Paşinyan ikitərəfli görüş keçirdilər ..
Məlum olduğu kimi, bu gün Münxendə Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts ilə görüşü olub. Daha sonra Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: "Tərəfləri Münhendə bir araya gətirdikdən sonra Almaniyanın kansleri Şolts görüş yerini tərk edib və fevralın 17- də Əliyevlə Paşinyanın ikitərəfli görüşü baş tutub. Beləliklə, Münhen Təhlükəsivlik konfransı Azərbaycan və Ermənistan liderlərinin yeni ikitərəfli görüşünün arenasına çevrildi.
İndiyədək 2022- ci və 2023- cü illərdə bir neçə dəfə üçtərəfli ,hətta dörd və beştərəfli yüksək görüşlərin şahidi olmuşuq.Liderlərin görüşləri indiyədək əsasən əyani, tək halda isə onlayn formatda baş tutub.Lakin praktika göstərdi ki, çoxtərəfli görüşlər geosiyasi qarşıdurmalar üzündən əməli nəticə verə bilmir.Bu səbəbdən Azərbaycan tərəfi ilk dəfə olaraq ikitərəfli görüşlərin daha nəticəyönümlü olması fikrini təşfiq etdi və artıq ortada nəticələr var.Ötən iln nöyabrın 30- da, bu il yanvarın 30- da vasitəçilərsiz görüşlər müəyən nəticələr verdi.Doğrudur , bunlar sərhəd və humanitar məsələlərlə bağlı işçi görüşlər idi .Bu gün Münhendə keçirilmiş görüş isə liderlər səviyyəsində, Şoltsun təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş yüksək rəsmi ikitərəfli görüşdür.
Bu görüşə istinad edərək indiyə qədər çox eşitdiyimiz və təhlil etdiyimiz danışıqların Brüssel formatı, Moskva formatı və ya Vaşinqton formatının ardınca Münhen formatı kimi ifadə işlətmək yerinə düşmür.Çünki Vaşinqton, Brüssel , Moskva formatlarından fərqli olaraq Münhendəki görüş hər hansı vasitəçi olmadan baş tutub , ikitərəfli qaydada keçirilib .Akmaniyanın kansleri Şolts danışıq prosesində iştirak etməyib, sadəcə görüş üçün təşəbbüskar və təşkilatçı rolunda çıxış edib.Şoltsun gələcəkdə də belə görüşlərin təşəbbüskarı və ya təşkilatçısı kimi rolunu davam etdirəcəyi istisna deyil.Ancaq bu görüşlər heç bir halda yeni vasitəçilk formatı kimi başa düşülməməlidir.Çünki ..
Əvvala , Şolts Əliyevlə Paşinyanın ikitərəfli danışığında iştirak ermədi.
İkinci, Azərbaycan prezidenti bir neçə gün əvvəl inauqurasiya nitqində heç bir vasitəçiyə ehtiyac olmadığını və ikitərəfli görüşlərin şərait üçün ən optimal variant olduğunu bəyan edib.
İkitərəfli danışıqların prioritet formata çevrilə biləcəyi yolunun başındayıq.Hər şey Ermənistanın bundan sonra ikitərəfli sülh danışıqlarına nə qədər hazır olmasından asılı olacaq."
Mətləb Salahov