"Kiyevi silahla təmin edə bilməyəcəyik" - Bayden Ukraynanı ŞOKA saldı
"ABŞ Konqresi müvafiq qanun layihəsini təsdiqləmədən Amerika administrasiyası Ukraynaya silah tədarükünü davam etdirə bilməyəcək." Bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
ABŞ Prezidenti Nümayəndələr Palatasının Ukraynanı dəstəkləyəcək qanun layihəsinə səs vermədən iki həftəlik fasilə vermək qərarına qəzəbləndiyini bildirib. "Bu, nəinki çaxnaşma, həm də Birləşmiş Ştatların etibarlı tərəfdaş olduğuna dair real şübhələri gücləndirir", - deyə Bayden əlavə edib.
Mətləb Salahov