Amerikalı senator xəbərdarlıq etdi – ABŞ-Rusiya müharibəsi başlaya bilər...
ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiyaya müharibə aparan Ukraynaya 95 milyard dollarlıq yeni yardım paketi ilə bağlı danışıqlar davam edir.
ABŞ-ın demokrat senatoru Kris Kuns, müzakirələr zamanı Ukraynaya dəstəyin davam etdirilməyəcəyi təqdirdə Rusiya ilə birbaşa müharibə risqi yaranacağını deyib. O, Avropaya investisiyanın ABŞ-ın Moskvaya qarşı ən yaxşı müdafiə vasitəsi olduğunu vurğulayıb: "ABŞ Ukraynaya davamlı dəstək verməsə, Rusiya ilə birbaşa müharibə ehtimalı ilə üzləşəcək. Rusiyaya qarşı növbəti savaşda amerikalılar ön cəbhədə olacaq. Putinə Avropada daha çox xaos və zorakılıq yaymaq imkanı verməkdənsə, öz azadlıqları üçün cəsarətlə mübarizə aparan ukraynalılara sərmayə qoymaq daha yaxşıdır”.
Kuns bildirib ki, o, qanun layihəsinin təsdiq ediləcəyinə "nikbindir" və əgər qəbul olunmasa, çox güman ki, Putin növbəti NATO müttəfiqini hədəf alacaq: “Əgər biz Putini Ukraynada dayandırmasaq, o, Amerikanın NATO müttəfiqlərinə hücum edəcək”.
Kuns, Danimarka müdafiə nazirinin Rusiyanın 3-5 il ərzində Avropaya hücum edəcəyi ilə bağlı iddiaları ilə razılaşdığını da bildirib.
Tahir TAĞIYEV