KÖHNƏ VERSİYA            

Avroittifaqın mülki missiyasına görə İran da İrəvana barmaq silkələdi...

Image

Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın İran prezidenti İbrahim Rəisi ilə görüşündə səslənən fikirlər iki ölkə arasında münasibətlərin gərginləşməkdə olduğunu göstərir. Buna səbəb Ermənistanın Avropa İttifaqının monitorinq missiyası adı ilə ölkəyə Qərb hərbçilərini gətirməsidir. 

Qeyd edək ki, Qriqoryanın Rəisi ilə görüşü erməni rəsmisinin İrana səfəri çərçivəsində baş tutub. Burada Qriqoryan bildirib ki, İranın Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyi İrəvan üçün çox dəyərli və vacibdir. Öz növbəsində İran prezidenti Tehranın İrəvanla Bakı arasında sülh danışıqlarını dəstəklədiyini deyib. O qeyd edib ki, regional problemlərin həlli bəhanəsi ilə bölgədə əcnəbilərin olması İran tərəfindən birmənalı qarşılanmır. Məsələnin bu tərəfinə nəzər salan erməni türkoloq Varujan Qeqamyan Rəisinin açıqlamalarının Ermənistana mesaj olduğunu qeyd edib: “İran prezidenti Ermənistanın baş nazirinin müavini ilə görüşdə de-fakto deyib: “Biz xarici ölkələrin regionda olması ilə razılaşmırıq. Hansısa problemlərin həlli bəhanəsi ilə bölgədə xarici qüvvələr var və inanırıq ki, onların mövcudluğu təkcə bir problemi həll etməyəcək, həm də region xalqları və dövlətləri üçün daha böyük problemə çevriləcək”. Bunu diplomatik dildən tərcümə etsək, o deməkdir ki, İranla da münasibətlər pisləşir, çünki bir qrup erməni hökmdarı bu ölkəyə düşmən olan Qərb qüvvələrini İran sərhədlərinə yerləşdirməyə çalışır. Burada xatırlamaq lazımdır ki, bizim regionda üç böyük dövlət var: Rusiya, İran, Türkiyə. Sonuncu aydın şəkildə bizə qarşı siyasətini müəyyən edib. İlk ikisinin oynaya biləcəyi imperiya maraqları var. Əvəzində Ermənistanın faktiki hökuməti ilk ikisi ilə də düşmənçilik edir və bununla da üçüncü ölkə üçün asan hədəfə çevrilir”. Varujan Qeqamyan Avropa İttifaqının monitorinq missiyasının ölkəsi üçün heç bir fayda gətirmədiyini də vurğulayır. Əslində, İranın mövqeyinə zidd olaraq Ermənistanın Qərb hərbçilərini regona gətirməsi ilk hal deyil. Hələ ötən il sentyabrın 11-də Ermənistanda ABŞ-la birgə hərbi təlimlər keçirilib. “Eagle Partner 2023” adlı tədbir sentyabrın 20-dək Ermənistan ərazisində davam edib. O da məlumdur ki, İran ABŞ-la NATO-nun fəaliyyətini dünyada və regionda ciddi şəkildə izləyir. Odur ki, Ermənistanın keçirdiyi məlum hərbi təlimə rəsmi Tehran elə o vaxt sərt reaksiya verib. Həmin dövrdə İranın vitse-prezidenti Məhəmməd Cəmşidi qeyd edib ki, Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir. Onun sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir. Bu durumda Ermənistan bölgəyə Avropa hərbçilərini gətirməklə durumu daha da pisləşdirir. İranla sərhədyanı bölgəyə Avropa İttifaqının mülki müşahidə missiyası adı altında hərbçiləri yerləşdirməklə rəsmi İrəvan artıq anti-İran və anti-Rusiya fəaliyyətinə start verib… Bununla da İran və Rusiya dost və qardaş adlandırdıqları Ermənistandan daha bir zərbə almış olur. Bu hərbçilərin gəlişinin həm də  daha çox İranın maraqlarına qarşı olduğu və onu təhdid etdiyi qənaətinə gəlmək olar. NATO, Avropa İttifaqı və ABŞ-ın regionda fəaliyyətini gücləndirməsi Ermənistanın İrana qarşı kəşfiyyat məntəqəsinə çevrilməsi deməkdir. 

Bütün bunlar İran tərəfindən təbii olaraq etirazla qarşılanır. Burada daha bir mühüm məqam odur ki, Ermənistan müxtəlif bəhanələrlə Avropa İttifaqı missiyasının say tərkibinin artıtılmasına çalışır. Bu da regiona daha çox Qərb hərbçisinin gəlməsi deməkdir. Onu da xatırladaq ki, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək üçün fəaliyyətə başladığını elan edən missiya ötən müddət ərzində qarşısına qoyduğu heç bir hədəfə çatmayıb, əksinə, etimadın yaranmasında əngəl, şərti sərhəddə hərbi təxribatlar üçün katalizator rolu oynayır. Çünki bu halda daha çox sayda Qərb hərbçisinin regiona gəlişinə zəmin yaranır. Artıq onların sırasına ABŞ və Kanadadan olan hərbçilər də qatılacaq. Deməli, Qərb regionda hərbi cəhətdən Ermənistan vasitəsilə möhkəmlənməyə çalışır. Bunu İranda da görürlər. onu da qeyd edək ki, Avropa İttifaqının mülki missiyası 2022-ci ilin oktyabrında 2 aylıq müvəqqəti missiya adı ilə regiona gəlib və Azərbaycanla əldə olunmuş razılaşmalara zidd fəaliyyəti ilə seçilib. Amma Ermənistanın “açıq qapı” siyasəti sayəsində regiona daxil olan Avropa İttifaqı bu missiyanı fürsət bilərək fəaliyyətini genişləndirmək, Azərbaycanın razılığı olmadan şərti sərhəddə mandatını və missiya üzvlərinin sayını özbaşına artırmaq yolu tutub. 2023-cü ilin dekabrında Avropa İttifaqı Xarici İşlər Şurasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən mülki missiyasını gücləndirmək məqsədilə oradakı əməkdaşların sayını 138-dən 209 nəfərə çatdırmaq barədə razılığa gəlməsi məhz bu siyasətin bir elementi idi. Digər tərəfdən, mülki missiya adı altında Avropa İttifaqı regiona ayrı-ayrı Avropa ölkələrinin keçmiş hərbçilərini, xüsusi xidmət orqanlarının əməkdaşlarını yerləşdirməyə başladı. Onların missiyasının isə tamam fərqli olduğu heç kimə sirr deyil. Bunu Azərbaycan və Rusiya ilə yanaşı, İran da nəzərə almağa məcburdur.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031