KÖHNƏ VERSİYA            

Sərhəddə Ermənistanla yeni toqquşmalar olacaq - “Yerkrapa” hazırlaşır...

Image

Şərti sərhəddə, Zəngilan rayonu istiqamətində Azərbaycan ordusuna qarşı terrorçu fəaliyyətinə görə 4 erməni quldurunun öldürülməsi Ermənistanda hələ də əsas müzakirə mövzusudur. Onlar Ermənistanın “Yerkrapa” Könüllülər Birliyinin   üzvləri olub. 

Birliyin sədri Sasun Mikaelyan məsələ ilə bağlı maraqlı açıqlama verib: “Faktla bağlı araşdırma aparılır, hallar aydınlaşdırılır. Sadəcə onu deyə bilərəm ki, onların dördü də snayper atəşi ilə vurulub”. 

İndi hesab olunur ki, Nikol Paşinyan sərhəddə gərginlik və Azərbaycanla yeni müharibə istəmirsə, ilk işi “Yerkrapa” terror təşkilatının üzvlərini sərhəddən uzaqlaşdırmaq və tərk-silah etmək olmalıdır. Çünki bu təşkilat ordu komandanlığına və hökumətə tabe deyil. Hazırda sözügedən birliyin 10 mindən çox üzvü olduğu bildirilir - onların əksəriyyəti Birinci Qarabağ müharibəsi veteranıdır. Əvvəllər təşkilata Qarabağ müharibəsinin iştirakçıları üzv ola bilərdilər, lakin sonradan müharibədə iştirak etməyən vətəndaşlar da ictimai quruma qoşulmağa başladılar. “Yerkrapa” Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Təşkilat 2016-cı il aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdi. Ümumiyyətlə, “Yerkrapa” müntəzəm olaraq, sərhəd bölgələrində qısamüddətli döyüş növbətçiliyi üçün könüllü dəstələri göndərir. Birliyin indiki sədri Sasun Mikayelyan qeyd edir ki, “Yerkrapa” mütəmadi rejimdə Ermənistan-Azərbaycan sərhədi boyunca “müdafiə xəttində”dir. Onun sözlərinə görə, 2020-ci ildə növbətçilikdə 1200 “Yerkrapa” üzvü iştirak edibsə, 2022-ci ildə onların sayı 1700 olub, keçən il isə eyni vaxtda 8000 “Yerkrapa” könüllüləri birlikdə döyüş növbətçiliyində iştirak ediblər. Onu da qeyd edək ki, “Yerkrapa”nı (ermənicədən tərcümədə “Yurdun qoruyucuları” deməkdir-red.) keçmiş müdafiə naziri Vazgen Sarkisyan yaradıb. Vazgen Sarkisyan 1990-1992-ci illərdə Birinci Qarabağ müharibəsində könüllü dəstələrdən birinin komandiri olub. Ermənistan ordusunun rəhbərliyi hər zaman “Yerkrapa”nı dəstəkləyib. 2016-cı ilin aprel döyüşləri zamanı minlərlə “Yerkrapa” könüllüsünün Qarabağa göndərilməsinə dair məlumatlar var. Bəzi iddialara görə, “Yerkrapa”çılar Rusiya ilə əlaqəsi olan könüllülərdir. Ancaq təşkilatın hazırkı sədri Sasun Mikaelyan Moskva ilə əlaqələri o qədər də isti olmayan baş nazir Nikol Paşinyanın yaxın adamı olub. Sasun Mikaelyan 2019-cu ildən “Yerkrapa” rəhbəridir. 65 yaşlı Mikaelyan əvvəllər hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin sədri olub və Nikol Paşinyanın yaxın silahdaşı sayılırdı. Paşinyanı liderliyə gətirən “məxməri inqilab”da Mikaelyan da yaxından rol oynayıb. O, Serj Sarkisyanı devirən ən fəal etirazçılardan biri idi.

Mikaelyandan öncəki sədr Manvel Qriqoryan isə, əvvəlki prezident Serj Sarkisyanın yaxın adamı idi. Ümumiyyətlə, “Yerkrapa”nın liderləri hər zaman Ermənistan rəhbərliyinə yaxın adamlar olub. Bu fonda “Yerkrapa” müxtəlif illərdə siyasi repressiyada, etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıqda, iqtidar üçün seçki saxtakarlığında, qanunsuz silah və hərbi sursat, eləcə də ordu üçün nəzərdə tutulan ərzağı mənimsəməkdə ittiham olunub.

“Yerkrapa”ın ilk lideri Vazgen Sarkisyan 1999-cu ildə Ermənistan parlamentinə hücum zamanı qətlə yetirildikdən sonra Manvel Qriqoryan təşkilatın lideri seçilmişdi. Qriqoryanın “Yerkrapa”ya yolu Ermənistan Müdafiə Nazirliyindən keçmişdi,  o, nazir müavini idi, ancaq 2008-ci il seçkilərində Levon Ter-Petrosyanı dəstəklədiyi üçün vəzifədən azad olumuşdu. Sonradan o, Serj Sarkisyanı dəstəklədiyini elan edir və Sarkisyanın 2013-cü il seçkilərində qalib gəlməsinə yardım edir. Ancaq bir neçə il sonra Qriqoryan korrupsiya ittihamları ilə həbs olunur və “Yerkrapa” liderliyini tərk etməli olur. Ona verilən ittihamlar arasında qeyri-qanuni silah və hərbi sursat saxlamaq, külli miqdarda dövlət əmlakının mənimsənilməsinin və oğurlanmasının təşkili, dövlət vəsaitlərinin israfı, vergidən yayınma da var idi. “Yerkrapa”, yuxarıda qeyd edildiyi kimi, müxtəlif illərdə siyasi repressiyada, etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıqda, iqtidar üçün seçki saxtakarlığında, qanunsuz silah və hərbi sursat, eləcə də ordu üçün nəzərdə tutulan ərzağı mənimsəməkdə ittiham edilib. Hazırda bu qurum könüllülərinin sərhəd bölgəsində döyüş növbətçiliyi Silahlı Qüvvələrinin rəhbərliyi ilə razılaşdırılır və tənzimlənir. “Yerkrapa” həm də Ermənistan hökuməti tərəfindən maliyyələşdirilir. Ancaq dövlət büdcəsində “Yerkrapa”üçün ayrıca bənd nəzərdə tutulmur. Erməni mediasında müxtəlif illərdə “Yerkrapa” tərəfindən həyata keçirilən layihələr üçün dövlətin Ehtiyat Fondundan vəsait ayrıldığı haqqında məlumatlara rast gəlinir. Sərhəddə döyüş növbətçiliyi zamanı “Yerkrapa” üzvləri hərbi təlimdə iştirak edən ehtiyatda olan hərbçilər kimi təchiz olunur və bu müddət ərzində onların iş yerlərində əmək haqqı qorunur. Təşkilatın yaradılması günü 2001-ci ildən bəri mayın 8-də qeyd olunur. Bu, 1992-ci ildə erməni qüvvələrinin həmin gün Şuşanı işğal etməsi ilə bağlıdır. Amma Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Şuşanı işğaldan azad edib və indi ölkədə Şuşanın azad edildiyi gün - 8 noyabr Zəfər günü kimi qeyd olunur. Hazırda belə hesab edilir ki, Ermənistan hakimiyyəti “Yerkrapa”nı sərhəddən çəkməsə, onun yeni təxribatlara əl atması tamamilə gözləniləndir. Bu halda sərhəddə baş verənlərə görə məsuliyyət də məhz əvvəlki kimi Ermənistanın üzərinə düşəcək.

Nahid SALAYEV







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

22.11.2024 | 18:06
100-dən az şagirdə dərs keçən məktəblər hələ də böyük sayda mövcuddur...

22.11.2024 | 17:55
Ölkədə ilk dəfə tam marafon qaçış yarışı keçriləcək

22.11.2024 | 17:53
Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

22.11.2024 | 17:50
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

22.11.2024 | 17:40
ABŞ Rusiyanın ən qorxduğu sanksiyanı da tətbiq etdi - "Qazprombank"...

22.11.2024 | 17:33
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO

22.11.2024 | 17:30
Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

22.11.2024 | 17:27
İranda Qaşqay türkləri güclə “lorlaşdırılır”...

22.11.2024 | 17:14
COP29 adətlərimizin və mədəniyyətimizin mühüm təbliğ arenasına çevrildi...

22.11.2024 | 17:06
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin dairəsi və səlahiyyət müddəti müəyyənləşdi

22.11.2024 | 17:00
Almaniyanın 3-cü Dünya Müharibəsi planı ortaya çıxdı - Rusiyaya qarşı 800 minlik NATO ordusu və 200 min hərbi texnika...

22.11.2024 | 16:48
COP29-da misilsiz maliyyə hədəfi - 100 milyarda qarşı 250 milyard təklif edildi...

22.11.2024 | 16:44
"Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb" - Prezident

22.11.2024 | 16:40
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanladı

22.11.2024 | 16:30
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edildi

22.11.2024 | 16:15
Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

22.11.2024 | 16:10
“Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir” - Vüqar Rəhimzadə

22.11.2024 | 16:07
Qazaxın azad edilən dörd kəndində sərhəd zastavaları tikiləcək

22.11.2024 | 15:50
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

22.11.2024 | 15:49
"İqlim tədbirlərinin maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil"

22.11.2024 | 15:35
ABŞ Ukrayna və müttəfiqlərinə xəbərdarlıq etdi - Rusiya eksperimental silahlardan istifadə edə bilər...

22.11.2024 | 15:30
"Avropa nümayəndə heyəti iqlim maliyyələşdirilməsi üzrə intensiv danışıqları davam etdirir" – Berbok

22.11.2024 | 15:16
Putin üç ölkəni açıq hədələdi – onları vurmaq bizim haqqımızdır…

22.11.2024 | 15:03
“Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!

22.11.2024 | 14:47
Ukraynanın hökumət binaları Rusiya raketlərinin hədəfində - Radanın iclası ləğv edildi...

22.11.2024 | 14:31
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 13:41
"Azərbaycan təcrübəsi gələcək beynəlxalq tədbirlər üçün nümunə ola bilər" - COP29 iştirakçıları...

22.11.2024 | 13:27
COP29-da İrəvandakı Azərbaycan mədəni irsinin dəyişdirilməsinə dair tədbir keçirildi

22.11.2024 | 13:04
Азербайджан лечит Армению профессионально и успешно - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.11.2024 | 12:48
Paşinyan Ermənistanda despot rejimə keçir

22.11.2024 | 12:37
Qazaxın azad olunan 4 kəndində müşahidə-nəzarət kameraları quraşdırılıb

22.11.2024 | 12:24
COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib

22.11.2024 | 12:07
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930