KÖHNƏ VERSİYA            

Necə yəni "Azərbaycanın ABŞ-ın hərbi yardımına ehtiyacı yoxdur?"...

Image

Ramil Məmmədli: “Yaxşı olardı ki, səfir belə bir düzəlişin başqa ölkənin ərazilərini işğal edən Ermənistana niyə tətbiq edilmədiyinə aydınlıq gətirəydi”

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi mətbuat konfransında deyib ki, ABŞ-ın Azadlığa Dəstək Aktına 907-ci Düzəlişi 30 il əvvəl qəbul edilmiş qanunun bir hissəsidir və Bakı ilə Vaşinqton arasında münasibətlərdə “kiçik faktor”dur: 

“30 il əvvəl mən bu işdə deyildim. Bu qanunvericiliyi düzəldə bilmərəm. Sizə deyə bilərəm ki, hər il biz müəyyən növ təhlükəsizlik yardımı göstərmək üçün 907-ci Düzəlişdən yayınmağın lazım olub-olmadığı barədə düşünürük, amma bu hələ nəzərdən keçirilir.

Onu da qeyd etməliyəm ki, 907 saylı Düzəliş Azərbaycanla əməkdaşlıq etmək üçün görüləcək yeganə iş deyil. Mən hələ də bunun nə üçün inanılmaz dərəcədə vacib olduğunu tam başa düşə bilmirəm. Bu, münasibətlərimizin geniş spektri baxımından və Azərbaycanla qarşılıqlı fəaliyyətimiz baxımından. bütün sahələrdə, mədəni, iqtisadi və hətta müəyyən dərəcədə təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından kiçik amildir. Bu, bəzi növ hərbi yardımları məhdudlaşdırır. Azərbaycanın ABŞ-ın hərbi yardımına ehtiyacı olub-olmadığını bilmirəm, çox güman ki, yoxdur”. 

Səfir qeyd edib ki, bu, iki ölkənin prioritetləri kontekstində diqqətlə nəzərdən keçirilməli olan məsələdir:

"Bu il isə bu məsələ ilə bağlı heç bir qərar verilməyib. Amma Azərbaycanla bağlı edə biləcəyimiz başqa sahələr də var. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Biz Ermənistanın da ərazi bütövlüyünü dəstəkləyirik. Ərazi bütövlüyü bizim əsas prinsipimiz olub”.

Səfir ABŞ-ın tətbiq etdiyi 907-ci Düzəlişi qəribə şəkildə izah edərək deyir ki, Azərbaycanın ABŞ-ın hərbi yardımına ehtiyacı yoxdur. Bu nə dərəcədə ciddi əsaslandırma sayıla bilər?

Hərbi-siyasi şərhçi Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,

 hər il Azərbaycana qarşı 907-ci Düzəlişin  hüquqi qüvvəsini bir illik bloklanır: “Beləlilklə, ABŞ-ın Azərbaycana yönəlik hərbi dəstəyi və silah satışı qarşısında daha bir il ərzində hər hansı əngəl olmayacaq. 2002-ci ildən bütün ABŞ prezidentləri 907-ci Düzəlişə münasibətdə eyni ənənəni təkrarlayırlar.

Hansı məqsədlə ABŞ Konqresi 907-ci Düzəlişi birdəfəlik ləğv etmir?

Hər il 907-ci Düzəliş bir il müddətinə dayandırılır. Olmaz ki, bu düzəliş birdəfəlik ləğv olunsun? Təbiidir ki, bunu Azərbaycana təzyiq etmək üçün saxlayıblar. Əgər belə deyilsə, onda Kongres bu düzəlişi ləğv edib, Azərbaycanla normal münasibət qursun, daha ikili standart siyasəti aparmasınlar. Erməni lobbisinin fitvası ilə Azərbaycan əleyhinə qəbul edilən 907-ci Düzəlişi  Azərbaycan Ordusunun gücünə görə tətbiq etməyiblər.   Vaşinqton bir çox hallarda  Azərbaycanı strateji tərəfdaş adlandırır, Əfqanıstan və İraq əməliyyatlarında dəstəyə görə minnətdarlıq edirdi,  ancaq düzəliş sadəcə dondurulub, onun ləğvi gündəlikdə deyil. 907-ci Düzəliş ilk dəfə 1992-ci ildə guya "Azərbaycan tərəfindən Qarabağın "işğalı" və Ermənistana qarşı blokadanı dayandırmaq" məqsədilə senator Con Makkeyn tərəfindən, daha sonra isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən təklif edilib. Senator Riçard Luqarın düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etməsinə baxmayaraq, 907-ci Düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa Dəstək haqqında Akta əlavə edilib. ABŞ Cənubi Qafqazın açar dövləti olan Azərbaycandan istifadə etməklə Rusiyaya, İrana qarşı özünün məkrli planlarını həyata keçirmək niyyətindədir ki, Azərbaycanı platsdarm kimi istifadə etsin. Ermənistan bu gün özünün yeni faciələrinin astanasındadır. 30 il Rusiya Ermənistanı təpədən dırnağa qədər silahlandırdı. Nəticə nə oldu? İndi bir tərəfdən Fransa, bir tərəfdən ABŞ Ermənistanı silahlandırır. ABŞ-ın Azərbaycana qarşı 907-ci Düzəlişi hərəkətə gətirməsi Bayden Administrasiyanın bəhanələrindən biridir. Azərbaycan Ordusunun hərbi dəstəyə ehtiyacının olub-olmamağının bu məsələyə heç bir dəxli yoxdur. Yaxşı olardı ki, səfir belə bir düzəlişin başqa ölkənin ərazilərini işğal edən Ermənistana niyə tətbiq edilmədiyinə aydınlıq gətirəydi. Belə düzəliş onlara yox, məhz bizə tətbiq olunubsa, deməli, burada açıq qərəzdən söhbət gedir”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031