KÖHNƏ VERSİYA            

Azərbaycandakı tolerant mühit də Qərbin qərəz gülləsinə hədəf olur...

Image

Azərbaycanda dini sahədə hökm sürən əminamanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.

Həqiqətən də, mübaliğəsiz demək olar ki, dinc yanaşı yaşamaq, bir-birini qəbul etmək və hərtərəfli vəhdət Azərbaycanın bütün dünyaya yaydığı yeni modeldir. Prezident İlham Əliyevin sərəncamları ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdu. 

Bütün bunlara baxmayaraq, bir sıra xarici dövlətlər digər dövlətlərin daxili işlərinə dini mühit vasitəsilə təsir edirlər. Bunun da ən asan yollarından biri dini ədəbiyyatla düşüncəyə təsir göstərməkdir. Müasir dövrdə bu praktikdan geniş istifadə olunur. Bəzən Azərbaycanın da dini mühitinə yad adamın fikirlərini təlqin etmə, digər ölkələrin siyasətini din adı altında şüurlara yeritmə cəhdləri olur. Belə cəhdlərin qarşısının alınması üçün həmin ədəbiyyatın məzmunu öyrənilir.

Bu ədəbiyyatın mahiyyəti Azərbaycan qanunvericiliyinə ziddiyət təşkil edirsə, ölkəmizin dini mühitinə zərərli təsirlər olursa, kitabların idxalına qadağa qoyulur. Bəzi hallarda məzhəblərarası qarşıdurma yaradan, dövlətin quruluşuna qarşı yönəlmiş müəyyən fikirlər olur. Belə halda ədəbiyyatın idxalına qadağaların qoyulması tam təbii haldır. Bu təcrübə digər ölkələrdə də mövcuddur. Yəni göründüyü kimi, Azərbaycan belə sağlam mühiti asan əldə etməyib. Bu sahədə aparılan məqsədyönlü siyasətin hesabına tolerant və multikultral cəmiyyət formalaşdıra bilib.

ABŞ-ın Dövlət Departamenti səviyyəsində saxta məlumatlar əsasında… 

Təəssüflər olsun ki, bəzi Qərb dairələri və ABŞ-ın  rəsmi qurumları Azərbaycandakı dini mühiti əsassız olaraq tənqid edirlər.   Məsələn, ABŞ Dövlət Departamentinin bir neçə ölkəni, o cümlədən Azərbaycanı sözdə dini etiqad azadlığının ciddi şəkildə pozulmasına və ya buna dözümlülüyünə görə özünün “xüsusi izləmə siyahısı”na daxil etməsini buna misal göstərə bilərik.

Dövlət Departamenti həmin hesabat əsasında ayrı-ayrı ölkələrdəki dini durumla bağla açıqlama verir. Beynəlxalq Din Azadlığı Komissiyası neçə ildir ki, hesabatlarında Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yayır. Dəfələrlə bu Komissiyanın yaydığı hesabatlarla bağlı müvafiq açıqlamalar verilib, onların göstərdikləri heç bir fakta söykənməyən şaiyə xarakterli, uydurma məsələlərlə bağlı mövqeyimiz onların diqqətinə çatdırılıb, görüşlər keçirilib, bu məsələlər müzakirə edilib. Buna baxmayaraq, Azərbaycanı “izləmə siyahısı”na daxil etmək ifadəsi özü yanlış və gülüncdür. ABŞ-nin Dövlət Departamenti səviyyəsində saxta məlumatlar əsasında belə fikrin səsləndirilməsi bir daha Amerikanın qərəzli siyasətinin bariz nümunəsidir. Bu, Azərbaycana qarşı böhtandan başqa bir şey deyil.

Dini baxımdan izlənməli olan ölkələrdən biri bəlkə də elə Amerikanın özüdür 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda dini sabitlik hökm sürür: “Müxtəlif dini konfessiyalar arasında harmonik və birgə fəaliyyət, birgə bəyanatlar, açıqlamalar verilir. Müsəlman dini icmaları ilə qeyri-müsəlman dini icmalarının birgə fəaliyyət göstərdiyini, ümumilli, ümumdövlət məsələlərində birgə olduqlarını hər zaman görürük. Vətən müharibəsi dövründə də bunu gördük. Azərbaycanda dini mühitə xaricdən müdaxilə etmək, dinlərarası, məzhəblərarası qarşıdurma yaratmaq istəyənlər hər zaman iflasa uğrayıblar. Ona görə ki, Azərbaycanda dini mühit ənənələrə və tolerantlığa söykənir. Dövlət Departamentinin həmin Komissiyanın məlumatlarına istinadən bu cür fikirlər səsləndirməsi, dini mühitimizlə bağlı qərəzli mövqeyi nümayiş etdirməsi qəbuledilən deyil. Dini baxımdan izlənməli olan ölkələrdən biri bəlkə də elə Amerikanın özüdür. Çünki ABŞ-də müsəlmanlara və digər dini icmalara, habelə qaradərililərə qarşı nə qədər hadisələrin olduğu hamıya bəllidir”. 

Bu, Azərbaycan cəmiyyətinin daha mədəni və tolerant olmasının sübutudur 

ABŞ-lı hüquq müdafiəçilərinin məlumatlarına görə, 2021-ci ildə ABŞ-da dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. Eləcə də 2022-ci ildə 6720 müsəlman dini ksenofobiyaya məruz qalıb. Anti-İslam əhval-ruhiyyəsinin həyəcanverici həddə çatması barədə məlumatlar Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirir. Həmin Komissiyanın özü Amerikada bir alət rolunu oynayır, bu alətdən də başqa ölkələrə təzyiq göstərmək üçün istifadə edilir. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün sınaq dövrü idi. Həmin savaşdan və sınaqdan ölkənin hər vətəndaşı qalib, alnıaçıq, üzüağ çıxdı. Bu, Azərbaycan cəmiyyətinin daha mədəni və tolerant olmasının sübutdur. Bütün bunlar Azərbaycandakı vicdan azadlığı və mədəni azadlığın nəticəsidir. Belə azadlıqlar isə cəmiyyətin birliyinin təməlidir.

Azərbaycan çoxkonfessiyalı ölkədir və burada ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Ona görə də respublikamızda mövcud olan bu sağlam mühitin təbliğində medianın rolu böyükdür. Buna görə də, dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və mövzuya həssaslıqla yanaşmalıdırlar. İdeoloji sahədə yaranmış bütün problemləri həll etmək üçün dövlət qurumları ilə yanaşı, jurnalistlər də öz töhfələrini verməlidirlər.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031