Azərbaycanın təhlükəsizliyinə qarşı açıq və gizli formada cəhdlər olur - Baş prokuror açıqladı
Azərbaycanın təhlükəsizliyinə qarşı açıq və gizli formada cəhdlər olur. Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluqda keçirilən mükafatlandırma mərasimində deyib.
K.Əliyev bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan qabaqlayıcı tədbirlər görülür.
"Prokurorluq orqanlarında bu istiqamətdə tədbirlər davam etdirilir", - o deyib.