Bakıda 20 yaşlı gənc bıçaqlandı
Bakının Xəzər rayonunda gənc bıçaq xəsarəti alıb. Hadisə Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Hüseynov Namiq Bəhmən oğlu bıçaq xəsarəti alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
N.Hüseynovun dediyinə görə, o özü-özünə bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.
Mətləb