İsrail mediası Azərbaycanda keçiriləcək COP29 konfransından yazır
"İsrailin iqlim dəyişikliyi ilə mübarizə aparmağa yönəlmiş çoxsaylı yeniliklərinə baxmayaraq, COP29 konfransının adıçəkilən ölkədə deyil, ekoloji istiqamətdə əhəmiyyətli irəliləyişləri ilə fəxr edən neftlə zəngin ölkədə - Azərbaycanda keçirilməsi təsadüfi deyil."
Bu sözləri Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham ölkəsinin populyar “Israel National News” nəşrində dərc olunmuş məqaləsində yazıb.
“Niyə İsrail iqlim dəyişikliyi ilə maraqlanmalıdır?” sərlövhəli məqalədə qeyd olunub ki, indiyədək ev sahibliyi etdiyi bir çox beynəlxalq tədbirlərin öhdəsindən layiqincə gələn Azərbaycan yaşıl enerji və bərpaolunan enerji mənbələrinə böyük diqqət yetirir və sözügedən siyasət Azərbaycan Hökuməti üçün prioritet məsələlərdəndir. Belə ki, Azərbaycan Hökumətinin son vaxtlar yaşıl enerjinin və bərpaolunan enerji mənbələrinin inkişafına əhəmiyyətli sərmayələr qoyduğu göz qabağındadır. Habelə Qarabağda bütün sistemlər yeni standartlara uyğun qurulub.
Mətləb Salahov