Tramp Ukrayna və Rusiyanı təhdidlə sülh masasına oturtmaq niyyətindədir - Putin mənə böyük təriflər dedi
"Bloomberg" agentliyi iddia edib ki, Donald Tramp noyabrda ABŞ prezidenti seçilərsə, Ukraynanı Rusiya ilə danışıqlara məcbur edəcək.
İddialara görə, Trampın komandası Rusiya və Ukrayna prezidentlərinin iştirakı ilə sammitin təşkil edilməsi imkanlarını dəyərləndirir. Qeyd edilir ki, Tramp Ukraynanı masaya oturtmaq üçün “silah dəstəyini kəsməklə”, Rusiyanı isə əksinə, “Ukraynaya dəstəyi artırmaqla” hədələmək niyyətindədir.
Bu arada, Tramp Putinin onun yerinə Baydenin ABŞ prezidenti olması açıqlamasına da münasibət bildirib. Növbəti seçkilərə də namizəd olan Tramp Putinin sözlərini özünə tərif kimi qəbul etdiyini deyib: "Rusiya prezidenti Putin mənə böyük təriflər dedi. Çoxları bunun pis olduğunu söylədi. Xeyr, bu yaxşı bir şeydir".
Qeyd edək ki, Putin Baydenin Trampdan daha proqnozlaşdırıla bilən və təcrübəli lider olduğunu deyib.
TAHİR