Rusiyada ABŞ-a hərbi məhsullar satan 3 özəl müəssisənin olduğu ortaya çıxdı – dövlət müəssisələrə əl qoymağa hazırlaşır...
Rusiyada Baş Prokurorluq 1990-cı illərdə qanunsuz olaraq özəlləşdirildiyi iddia edilən üç iri sənaye müəssisəsinin milliləşdirilməsini tələb edib.
Rusiya mətbuatında yer alan xəbərə görə, Baş Prokurorluq hərbi sənaye məhsulları istehsal edən Çelyabinsk Elektrometallurgiya Müəssisəsinə bağlı 3 fabrikin dövlət mülkiyyətinə alınmasını istəyib.
Biznesin qanunsuz olaraq özəlləşdirildiyini və ABŞ-a hərbi məhsulların göndərildiyini iddia edən Baş Prokurorluq buna əsas kimi biznes sahibləri Yuri və Lüdmila Antipovlara və onların Etalon şirkətinə qarşı davam edən işlərin nəticələrini göstərib.
Zavodun məhsullarının Rusiyanın milli maraqlarına, müdafiə və təhlükəsizliyinə məhəl qoyulmadan xaricə göndərildiyi iddia edilib.
TAHİR