Ukrayna ordusu daha bir şəhərdən geri çəkilməyə başladı – “Adiyivkanın ruslara təslim edilməsi an məsələsidir”
Ukrayna əsgərləri Rusiya ilə döyüşlərin davam etdiyi bölgələrdən biri Avdiyivkadan geri çəkilməyə başlayıb. “Washington Post” qəzeti Ukrayna ordusunun şəhəri təslim etmələrinin an məsələsi olduğunu yazıb.
Qəzetə mənbə bildirib ki, Rusiya qüvvələrinin hücumu qarşısında Ukrayna Silahlı Qüvvələri geri çəkilməyə məcbur olub.
Ehtimal olunur ki, burada yerləşən koks zavodu Ukrayna ordusunun “son qalası” olacaq.
TAHİR