KÖHNƏ VERSİYA            

“Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda Vergi Forumu keçirilib

Image

Fevralın 15-də “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda Vergi Forumu keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin və Nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici və yerli ekspertlər iştirak edib.

Tədbirdə iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov çıxış edib. Bildirib ki, ölkəmiz dünyada baş verən qlobal çağırışlara adekvat yanaşma nümayiş etdirir. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri iqtisadi artımın dayanıqlığını təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artım dinamikasına malik olub. Azərbaycan iqtisadiyyatı 2024-cü ilə uğurlu göstəricilərlə başlayıb. 

Çıxışında biznesin təşviqi ilə bağlı məsələlərə toxunan Mikayıl Cabbarov qeyd edib ki, vergi sistemi iqtisadiyyatın dövlət tənzimlənməsində mühüm alətlərə malikdir və iqtisadiyyatda müsbət dəyişikliklərin təmin edilməsində, iqtisadiyyatın “ağardılmasında” vacib rol oynayır. Milli iqtisadi inkişafı təmin etməyə və rəqabətqabiliyyətli ekosistem formalaşdırmağa yönələn hədəflər vergi siyasətinin əsas konturlarını müəyyən edir. Vergi siyasətinin təkmilləşməsində dövlət qurumları ilə yanaşı işgüzar dairələrin də rolu xüsusilə vurğulanıb. İqlim dəyişikliklərinin aktuallığı və “yaşıl iqtisadiyyatın” stimullaşdırılmasında vergi siyasətinin roluna diqqət çəkilib, bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşunun, eləcə də istehsal sektorunda və ixrac olunan məhsullarda “karbon izi”nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsinin vacibliyi qeyd olunub. 

Forumda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin səlahiyyətlərini icra edən Muxtar Babayev tədbirin əhəmiyyətini vurğulayıb, qlobal iqlim dəyişiklikləri fonunda COP29-un ev sahibi kimi Azərbaycanın bir sıra öhdəlikləri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar dövlət qurumları tərəfindən müxtəlif platformalar üzərindən bu öhdəliklərin yerinə yetirilməsi istiqamətdə ciddi iş aparılır. M.Babayev iqtisadi cəhətdən dayanıqlı təmiz və sağlam mühitin ölkəmiz qarşısında duran əsas çağırışlardan biri olduğunu bildirib. Qeyd olunub ki, vergi siyasətinin biznes müəssisələrinə “yaşıl” təcrübələrin tətbiqinə, dayanıqlı enerji layihələrinə sərmayələr qoyulmasının təşviqinə və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsinə yönəlməsi zəruridir. 

Tədbirdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti və İnzibati Mərkəzinin baş vergi məsləhətçisi Endrü Auerbaxın və İOTA-nın prezidenti, Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının rəhbəri Ferens Vaquhelyinin Forum iştirakçılarına videomüraciəti səsləndirilib. 

Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təqdimatla çıxış edib və vergi sistemində reallaşdırılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışıb. Təqdimatda vergi sisteminin qarşısında duran çağırışlar, vergi islahatların iqtisadi təsirləri, vergi siyasətinin hədəfləri və əsas yanaşmalar, sahibkarların ictimai birlikləri ilə əməkdaşlıq, fiskal göstəricilər sahəsində əldə olunan nəticələr, “kölgə iqtisadiyyatı” ilə mübarizə, vergi xidmətində rəqəmsallaşma, perspektiv layihələr, ortamüddətli perspektivdə vergi siyasətinin əsas istiqamətləri barədə geniş məlumat verilib. 

Bildirilib ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması, dayanıqlı və inklüziv iqtisadi inkişafın və davamlı iqtisadi artımın təmin edilməsinə yönəli fəaliyyəti dəstəkləmək məqsədilə “Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə Strategiyası” hazırlanıb. Bu strategiya Dövlət Vergi Xidmətinin missiyasına, strateji baxışına uyğunlaşdırılan və mövcud dəyərlərinə söykənən 5 əsas istiqamətdən ibarətdir. Bunlara könüllü əməletmənin təşviqi, vergidən yayınma ilə effektiv mübarizə, mütərəqqi yeniliklərin tətbiqi, Xidmətin institusional inkişafı və güclü insan kapitalının formalaşdırılması, habelə digər dövlət qurumları ilə əməkdaşlığı təmin edən birgə işin qurulması daxildir. Qeyd olunub ki, strategiyanın reallaşdırılması vergi sisteminin daha ədalətli, sadə, əlçatan və müştəriyönümlü olmasına gətirəcək, cəlbedici vergi mühitinin formalaşdırılmasına xidmət edəcək. Vergi xidmətinin gələcəyə baxışı etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminin qurulmasına söykənir. Bu vergi yığımlarını təmin etməklə bərabər vergi inzibatçılığının sadələşdirilməsinə, vergi ödəyiciləri ilə qarşılıqlı etimad mühitinin formalaşmasına, könüllü əməletmənin təşviqinə yönələcək. 

Qeyd olunub ki, həmçinin aparıcı dünya praktikası ilə uzlaşan yeni vergi sisteminə keçid və formalaşmış mövcud qanunvericilik təcrübəsindən çıxış edərək, Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması işlərinə başlanıb. 

Sonra Forum iştirakçıları Dövlət Vergi Xidmətinin təqdim elədiyi yeni xidmətlərə dair video çarxı izləyiblər.

Forum öz işini üç sessiyada davam etdirib. Moderatoru Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva olan “Yaşıl artım: yaşıl iqtisadiyyata keçid üzrə qlobal çağırışlar və vergilərin rolu” mövzusuna həsr olunmuş birinci sessiyada İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, E&Y şirkətinin audit üzrə partnyoru Nərgiz Kərimova və SOCAR-vitse-prezidenti Əfqan İsayev çıxış ediblər. Moderatoru “Deloitte Azerbaijan” şirkətinin idarəedici partnyoru Nuran Kərimov olan “Vətəndaş məmnunluğu: müraciətlərə baxılması sahəsində yeniliklər, müştəriyönümlülük dəyərlərinə əsaslanan yeni xidmət modellərinin yaradılması” mövzusuna həsr olunmuş ikinci sessiyada DVX-nin baş idarə rəisləri Elçin Məmmədov və Zeynalabdin Məmmədzadə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Semral Əliyev çıxış ediblər. Sessiyada DVX-nin yeni mobil tətbiqi ilə bağlı videoçarx nümayiş etdirilib. Moderatoru BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli olan “Mütərəqqi vergi sistemi: islahatların iqtisadi inkişafa, şəffaflığa təsiri və insan kapitalının həlledici rolu” mövzusunda üçüncü sessiyada ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, DVX-nin Aparatının rəhbəri Emil Qarayev və baş idarə rəisi Aytən Kərimova çıxış ediblər. Həmçinin sessiyada DVX-da insan resurslarının inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.

Sessiyalarda müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb. Çıxış edənlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirləri müsbət qiymətləndirib, əsas prioritetlərin reallaşdırılması prosesində aparılacaq islahatlara dair təkliflərini səsləndiriblər.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031