KÖHNƏ VERSİYA            

Bakı bəyan etdi - İrəvanla sülh daha beynəlxalq gündəm mövzusu olmayacaq...

Image

Son sərhəd insidentinə baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasında, əməkdaşlıq münasibətlərinin qurulmasında yenə maraqlı tərəf kimi çıxış edir. 

Hətta rəsmi Bakı elan edib ki, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı İrəvanla əməkdaşlıq etməyə hazırdır. Bu müsbət bəyanat Ermənistan və Azərbaycan arasında sərhəddə baş vermiş atışmadan sonra verilib.

Xatırladaq ki, sərhəddə dörd ölümə və yaralanmaya səbəb olmuş atışma Azərbaycan və Ermənistan arasında sülh razılaşması barədə danışıqlar getdiyi bir vaxtda baş verib. Artıq o da bəllidir ki, sərhəd insidentinin günahkarı Ermənistandır. Azərbaycan, cavab tədbiri olaraq, Ermənistan ordusuna aid döyüş postunu darmadağın etdi. Məhz həmin postdan açılan atəşlə Azərbaycan hərbçisi yaralanmışdı. Ermənistan hadisənin səbəbini araşdıracağını bildirib. Dövlət Sərhəd Xidmətinin əməliyyatı nəticəsində dörd erməni hərbçi həlak olub. Onların, əsasən, yaşlı könüllülər olduğu da üzə çıxıb. Ermənistan Müdafiə Nazirliyi bu hərbçilərin “Yerkrapa” hərbi qrupunun üzvləri olduğunu bildirib. Elə bundan sonra Ermənistan ordusunun sərhəddə vəziyyəti sual altına alınmaqdadır - atışmanın baş verdiyi hissəyə kim nəzarət edir: ordu, yoxsa muzdlu döyüşçülər? İndilikdə görünən odur ki, Ermənistan tərəfdən baş verənlər təxribatdır və son sabitlik fonunda sülh prosesinə ciddi zərbədir. Rəsmi Bakı onu da diqqətə çatdırır ki, Avropa İttifaqının Ermənistandakı missiyasının nəzarətində olan ərazilərdə baş verdiyi üçün insident bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradıb. Xatırladaq ki, “Yerkrapa” Könüllülər Birliyi 1993-cü ildə yaradılıb. Təşkilatın əsas məqsədi “Ermənistan Silahlı Qüvvələrinin gücləndirilməsi, Qarabağ müharibəsi veteranlarının sosial şəraitinin yaxşılaşdırılması və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği”dir. Amma daha çox terrorçu fəaliyyətlə məşğul olan bu təşkilatın Azərbaycanla sərhəddə yerləşdirilməsi Ermənistanın sülhdən yayındığını göstərir. İrəvan bu kimi addımlara son verməli, sülh üçün digər addımlar da atmalıdır. Bunlardan biri də, sülh razılaşmasının tərkib hissəsi olaraq, Azərbaycan tərəfindən tələb kimi irəli sürülən Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsidir. Azərbaycan yüksək səviyyədə bunu bir daha diqqətə çatdırıb. Azərbaycan prezidenti İlham Əliyev fevralın 14-də inauqurasiya çıxışında deyib ki, əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. 

Rəsmi Bakı İrəvandan Ermənistanın ali qanununun preambulasında əks olunan və Ermənistanla Qarabağın birləşdirilməsini nəzərdə tutan bəyannamənin çıxarılmasını tələb edir. Bakı Ermənistan konstitusiyasındakı bu məqamı Azərbaycan ərazisinə qarşı davamlı hüquqi iddia kimi görür. Bunlar fonunda “Carnegie Europe” təşkilatının Şərqi Avropa və Qafqaz üzrə baş elmi işçisi Tomas de Vaal bildirir ki, hazırda tərəflər arasında sülhün əldə olunmasını gecikdirən üç əsas məqam mövcuddur.

Bunlardan biri rəsmi Bakı və İrəvan arasında sərhədlərin demarkasiyası üçün istifadə ediləcək xəritələr ətrafında fərqli mülahizələrin olmasıdır. Digər bir məsələ münaqişənin həlli və davamlı sülh üçün beynəlxalq səviyyədə qarantiyanın yaradılmasıdır. Belə ki, Ermənistan sülh razılaşmasında beynəlxalq dəstək və qarantorların olmasına çalışır, rəsmi Bakı isə sərhəddə üçüncü tərəfin nəzarətinə ehtiyac görmür. Təhlilçi tərəflər arasında gərginliyə üçüncü səbəb kimi isə uzun müddət bağlı olan və 43 kilometrlik hissəsinin Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizini göstərib. Onun fikrincə, Bakı və İrəvan arasındakı münasibətlərdə narahat edən ssenari odur ki, Azərbaycan Ermənistanın cənubunda razılaşmaya uyğun olaraq dəhliz verilməsini tələb edir: “Başqa sözlə desək, 2024-cü ildə Ermənistan, böyük ehtimalla, Qərb və İrəvanın maraqlarına xidmət etməyən Zəngəzur dəhlizi   planını irəli sürən Bakı və Moskvanın böyük təzyiqi altında qalacaq”.  O xatırladır ki, Azərbaycanda sərhəd hadisəsinə görə Avropa İtitfaqı missiyası tənqid olunmaqda ikən, Ermənistan və Aİ arasında daha da yaxınlaşma müşahidə edilir. Aİ xarici siyasət üzrə Ali nümayəndəsi Josep Borrell Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bu xüsusda bildirib: “Aİ-Ermənistan əlaqələri heç vaxt olmadığı qədər güclüdür və hər iki tərəf bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır”. Rəsmi Bakı Aİ rəsmisini sərhəddə Ermənistan ordusunun Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatına göz yummaqda günahlandırıb. Ümumiyyətlə, Ermənistan hökuməti uzun müddət müttəfiqi olan Rusiya ilə münasibətlərdə yaranan ixtilaflardan sonra Avropa İttifaqı ilə əlaqələri daha da yaxınlaşdırmağa çalışır. Azərbaycan prezidenti İlham Əliyev inauqurasiya çıxışında deyib ki, hər kəs Azərbaycan-Ermənistan məsələsilə məşğul olmağa çalışır, ancaq onun fikrincə, Ermənistan-Azərbaycan məsələsi həll edilib və Ermənistanla müqavilə imzalanmasa, Azərbaycanın hazırkı siyasətində heç nə dəyişməyəcək: “Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun”. Beləliklə, Azərbaycan sülh üçün Ermənistana konkret yiolları göstərir. Buna diqqət olunmayacağı halda uduzan yenə Ermənistan olacaq.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031