KÖHNƏ VERSİYA            

Ailəmiz Türk Dövlətləri Təşkilatının yeni hədəfi Bakıda elan edildi...

Image

Faiq Ələkbərli: “TDT-nin perspektivi Azərbaycanın perspektividir, inkişafıdır”

“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.

Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. 

Bu sözləri  Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. Prezident deyib ki, ailəmiz türk dövlətləri təşkilatıdır, bizim üçün başqa ailə yoxdur, TDT qlobal dünyada aktora və güc mərkəzinə çevrilməlidir.

Bizim üçün ailə olaraq TDT niyə Prezident tərəfindən alternativsiz, yeganə sayıldı?

“Tarixdən gələn türk birliyi, Turan anlayışı var ki, biz onu XXI əsrdə yenidən ortaya qoyacağıq” 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 7 fevral növbədənkənar Prezient seçkilərinin nəticəsi olaraq yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimində TDT barədə, türk dünyası ilə bağlı dedikləri təbiidir. “Çünki tarixən, minillər boyu Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan türkləri nəinki türk dünyasının bir parçası, hətta mərkəzi, əsas hissəsi olub. Bu baxımdan Azərbaycan demək türk dünyası, türk dünyası demək isə onun mərkəzi Azərbaycan deməkdir. Bu bölgədə ən azı 6-7 min illik bəlli bir tarixdə   onlarla türk dövləti mövcud olub, müasir Azərbaycan Respublikası da həmin türk dövlətlərinin davamıdır. Bu baxımdan Azərbaycan türk dünyasının, Turanın daimi mərkəzi olub, olmaqda da davam edir.

Prezident Əliyev bu anlamda çox düzgün təsbitlərdə bulunaraq, düzgün nəticələrə əsaslanaraq məhz Azərbaycanın türk dünyası ailəsinə aid olduğunu vurğulayıb. İlham Əliyev bir daha dünyaya mesaj verdi ki, Azərbaycanın ailəsi türk dünyasıdır, bu ailə güclü, yenilməz və etibarlıdır. Bu bəyanat həm də türk birliyinin gücünün, qüdrətinin ifadəsidir.   İlham Əliyev Azərbaycanı nəinki türk dünyasının bir parçası, elə ailəsi olaraq qəbul edir. Doğrudan da Türk Dğvlətləri Təşkilatında da əsas aparıcı rolu Azərbaycan, Türkiyə oynamaqdadır. Əlbəttə, eyni zamanda Türküstandakı türk dövlətləri də buraya aiddir. Başqa dövlətlərin tərkibində yarımüstəqil, muxtar şəkildə olan türk xalqları da məhz türk dünyasına aiddir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan üçün TDT-nın alterntivi yoxdur və olmayacaq da. Çünki bu ailəni biz özümüz qurmuşuq, bu bizim özümüzə məxsusdur. 

Dünyada bir çox təşkilatlar var, biz onların üzvü olsaq da, onlar bizim ailəmiz deyillər. Azərbaycan məhz kök, soy. türklük baxımından türk dünyasına aiddir. TDT də bizim üçün son dərəcə əhəmiyyətlidir və gələcəkdə dünyada çox mühüm rolu TDT oynayacaq. Artıq biz ona doğru gedirik. Bu baxımdan TDT-nin perspektivi Azərbaycanın perspektividir, inkişafıdır. Eləcə də Türkiyənin və Qazaxısatnın, Qırğızıstanın, Özbəkistanın və digət türk dövlətlərinin uğurudur”-deyə F.Ələkbərli vurğuladı. Müsahibimiz bildirdi ki, türk dünyası anlayışı məhdud anlamda deyil, geniş anlamda qəbul edilməlidir. Türk dünyasının özəyini Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cumhuriyyəti təşkil edir. O qeyd etdi ki, burada Macarıstan da var və bu daha da genişlənəcək. “Bu anlamda TDT daha da inkişaf edəcək və nəhəng bir gücə çevriləcək. Burada Azərbaycan Respublikası ilə yanaşı Azərbaycanın güneyinin də mühüm rol oynayacağına şübhə etmirik. Tarixdən gələn türk birliyi, Turan anlayışı var ki, biz onu XXI əsrdə yenidən ortaya qoyacağıq. Prezident İlham Əliyev də həm keçmiş türk tarixinə, mədəniyyətinə, fəlsəfəsinə, türk dövlətçilik ənənələrinə və digər amillərə əsaslanaraq TDT-nı ailəmiz adlandırır. Hesab edirik ki, bizim dünyada yeni bir gücə çevrilməyimiz, yenidən əvvəlki gücümüzü bərpa etməyimiz qaçılmazdır. Bunu 100-150 il əvvəl Həsən bəy Zərdabilər, Hüseyn Cavidlər, Əhməd Cavadlar, Əli bəy Hüseynzadələr, Məhəmməd Əmin Rəsulzadələr, Əhməd bəy Ağaoğlular, Seyid Cəfər Pişəvərilər, Mirzə Tağı xan Rəfətlər, bir çox böyük ictimai və dövlət xadimləri, mütəfəkkirlər deyib. Biz də bu yolu davam etdiririk. TDT öz ailəmiz olduğu üçün onu inkişaf etdirmək, böyütmək və dünayanın ən güclü birliyinə, ailəsinə çevirmək də bizim çiynimizə düşür. Dövlət başçısının da ifadə etdikləri bu idi ki, bizim yolumuz türk birliyidir, türk dünyasıdır, Turana doğrudur, TDT də hərbi-siyasi, iqtisadi, mənəvi, mədəni anlamda əsas rolu oynayacaq. Yəni bunun alternativi yoxdur. Biz başqa təşkilatlarla əməkdaşlıq edə bilərik, amma bu bizim özümüzündür. Ona görə də ilk növbədə özümüzü gücləndirməli, inkişaf etdirməli, dünyada əsas gücə çevirməliyik, ailəmizi də qorumalıyıq. Çünki ailəmiz bizi daim ayaq üstə tutacaq və daim irəliyə doğru aparacaq”-deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031