"Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyişi görməkdən şadam" - ABŞ səfiri
Mən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş görməkdən şadam. Trend-in verdiyi məlumata görə, bunu ABŞ-ninn Azərbaycandakı səfiri Mark Libbi bugünkü mətbuat konfransında deyib.
“Aydındır ki, ABŞ və məncə, Azərbaycan üçün də əsas prioritet Ermənistanın sülh sazişi bağlamasıdır.
Son bir neçə ayda bu istiqamətdə bəzi irəliləyiş əlamətləri və imkanlar görmək çox xoşdur”, - deyə o bildirib.
Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirmişdi ki, dövlət katibi Entoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyə ümid edir.
Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələ razılaşdırılmadığını bildirib.