Prezidentin inauqurasiya mesajları....Hər kəs öz yükünü götürə bilər....
Məlum olduğu kimi, dünən Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Prezident İlham Əliyev andiçmə mərasimində gələcəkdə görüləcək işlər, həyata keçiriləcək siyasətlə bağlı geniş məzmunlu fikirlərini çatdırıb. Ölkə başçısının çıxışındakı bəzi məqamları xüsusi qeyd etmək lazımdır. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: "7 fevraldan sonra yeni mərhələnin başlanacağı ideyası cəmiyyətimizə artıq hopub.Prezidentin inauqurasiya nitqini çoxları gözləyirdi, izlədilər .Bir çox ünvanlara mesajlar oldu . Mesajlar aydın idi.Ölkənin içindən başlamış beynəlxalq aləmə qədər bir sıra ünvanları hədəfləmişdi. Hər kəs öz payını ala bilər.Yəqin ki, aldı da...
Hansı mesajlardan danışa bilərik?
1. Azərbaycan yeni mərhələyə bir qədər də güclənmiş vəziyyətdə çıxdı və bu mərhələdə daha da güclənəcək.
2 .Azərbaycan daxili və xarici siyasətdə seçdiyi və xeyli irəlilədiyi yoldan heç bir halda imtina etmək, yol dəyişmək, manevr etmək fikrində deyil.
3.Yeni dövrdə özəl və dövlət sektorlarının əhatə olunması şərtilə hərbi- sənaye kompleksi daha yüksək səviyyələrə çıxarılacaq.
4.Gənc nəslin milli ruhda tərbiyəsi və innovativ , texnoloji və rəqəmsal vərdişlərə daha dərindən yiyələnməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq.
5.İdeoloji yükümlülük cəmiyyətimizn mütəşəkkil siyasi fəallığının əsas enerji mənbəyi kimi qorunmalıdır.İdeyasız cəmiyyət öz fəallıq motivini hansı mənbədən ala bilər ki?!
6.Ümumtürk inteqrasiyası ən doğma və təbii xarici siyasət hədəfimiz kimi qorunub saxlanacaq.
7.Azərbaycan öz müstəqil kursundan dönüşlərə ehtiyac və zərurət görmədiyi üçün Qərbin təzyiqlərinin daha da güclənəcəyini gözləyirik və bunları neytrallaşdırmağa hazır olmalıyıq..
8.Ermənistanla normallma prosesinin Azərbaycan üçün bundan sonrakı pilləsi artıq yoxdur, proses bitib və Ermənistanın lazım biləcəyi təqdirdə təşəbbüslərini ortaya qoya və Azərbaycanın reaksiyasını izləyə bilər .Yəni sözü olsa, Azərbaycanın qapısına gələ bilər..
9 . Ermənistanın bütün militarist səylərindən və onu dəstəkləyənlərin kimlər olmasından asılı olmayaraq Azərbaycan bu amilləri önəmli saymayacaq.
10. Azərbaycan bütün siyasət istiqamətlərində öz güclü ordusuna söykənəcək və bunu əsas prioritet kimi görməkdə davam edəcək .
11. Avrasiyanın enerji xəritəsinin müəyyən edilməsində öz həlledici təsirlərini saxlamaq üçün Azərbaycanın enerji siyasətinin müasir tələblərə uyğunlaşdırılması yönümündə təşəbbüslər davam edəcək.Neft hasilatının sabitləşdirilməsi, qaz istehsalı və ixracının yeni şaxələrinin açılması və yaşıl enerji hasilatının artırılması yeni dövrün əsasında dayanacaq.
12. Yaxın dövrlər üçün dünya geosiyasətində əsaslı dəyişiklik gözlənilmədiyi üçün Azərbaycan öz strategiyasını əsasən buna uyğun quracaq.
.Göründüyü kimi, Prezident İlham Əliyevin yeni mərhələyə keçidi xarakterizə edən tezisləri geniş və əhatəlidir . həm də aydın ifadə olunub.
Burada hakimiyyət komandasının yeni tərkibi ilə bağlı bir çoxlarının gözləntilərinin əksinə ipucları yoxdur. Lakin bu kimi məsələləri mesajlarda açıq ifadə etməkdənsə , onun praktik işlərə uyğun olaraq öz zamanında ortaya çıxarılması daha düzgün taktika kimi seçilib.Yəni vacib deyil ki, baş nazirin və ya nazirlərin hansı xüsusiyyətlərə malik olmalı olduqları ilə bağlı konkret fikirlər deyiləydi .Vacib odur ki, hansı işlərin görüləcəyi deyilsin və bunların hansı kadrlarla icra ediləcəyi iş prosesinin öz gedişinin ixtiyarına buraxılsın. Bəlkə heç kim dıyişdirilməyəcək, ya bəlkə hamı dəyişdiriləcək?! Hər şeyi yeni başlanmış prosesin gedişi göstərəcək....istiqamətlər bəllidir, kadrları isə zamanla görəcəyik..."
Mətləb