Sülhməramlılar Qarabağda yeni fəaliyyət üsuluna keçir?- "birgə patrulluğun" mənası...
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bəyan edib ki, Moskva və Bakı Rusiya sülhməramlılarının Qarabağda olması və oradakı erməni əhalisinin geri qaytarılması məsələsi ilə bağlı yeni təmaslar hazırlayır. M.Zaxarova sonar deyib:
"Rusiya sülhməramlı kontingentinin təfərrüatları ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bu sahədə dialoqumuz müntəzəm xarakter daşıyır və konstruktiv şəkildə qurulub. Müzakirə olunan məsələlər arasında erməni əhalisinin Qarabağa lazımi səviyyədə təmin olunmaqla qayıtması da var. Onların hüquqları və təhlükəsizliyi, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi bura daxildir.”, - Zaxarova qeyd edib. Rusiya XİN rəsmisinin açıqlamasında diqqəti çəkən məqam sülhməramlılarla Azərbaycan tərəfinin birgə təmas məsələsidir. Görünür rəsmi Moskva Qarabağla bağlı yeni planlar üzərində işləyir…
Mətləb Salahov