KÖHNƏ VERSİYA            

"Azərbaycan iqlim böhranı ilə mübarizəyə töhfə vermək üçün səylərini əsirgəməyəcək" - Yaşar Əliyev

Image

Azərbaycan BMT Təhlükəsizlik Şurasına iqlim böhranı ilə mübarizəyə verdiyi töhfə və Ermənistanın işğalının ətraf mühitə və biomüxtəlifliyə fəlakətli təsirini aradan qaldırmaq səyləri barədə məlumat verib. Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Təhlükəsizlik Şurasında “İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyinin olmaması beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına təsiri” mövzusunda açıq debatda

çıxış edib. Azərbaycanın diplomatik missiyasının bəyanatını təqdim edirik:

“Cənab Prezident,

Əvvəlcə mən Qayana Kooperativ Respublikasının nümayəndə heyətini Təhlükəsizlik Şurasına sədrliyi qəbul etməsi və Qayananın Prezidenti Zati-aliləri cənab Məhəmməd İrfan Əlinin rəhbərliyi altında iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi arasında dinamik qarşılıqlı əlaqələri araşdırmaq üçün bu mühüm açıq debatı çağırması münasibətilə təbrik etmək istərdim. Məruzəçilərə dolğun çıxışlarına görə minnətdarıq.

İqlim dəyişikliyi cəmiyyətlərə və ekosistemlərə həyəcanverici təsir göstərərək, aşağı gəlirli və kövrək ölkələrə qeyri-mütənasib şəkildə toxunaraq, dolanışıq vasitələrinə təsir edərək, zəifliklərin əsasını təşkil edərək, qeyri-sabitliyə töhfə verərək və beləliklə də razılaşdırılmış və ardıcıl səylərin, habelə davamlı inkişafın qlobal baxışına sadiqliyin təsdiqinin vacibliyini vurğulayaraq dövrümüzün müəyyənedici problemi olaraq qalır.

Baş Assambleya Azərbaycanın həmtəsisçisi olduğu “İqlim dəyişikliyi ilə bağlı dövlətlərin öhdəliklərinə dair Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyinin verilməsi sorğusu” adlı 77/276 saylı konsensus qətnaməsində iqlim dəyişikliyinin sivilizasiya miqyasında misli görünməmiş problem olduğunu və bəşəriyyətin indiki və gələcək nəsillərinin rifahının bizim ona təcili və təxirəsalınmaz cavab verməmizdən asılı olduğunu etiraf edib. İqlim dəyişikliyi problemlərindən ən çox təsirlənən regionlar və ölkələr daha çox dəstək almaq hüququna malikdir və biz Dünya Məhkəməsində verimli prosesləri və onların çoxdan vaxtı çatmış iqlim ədaləti üçün mühüm nəticələrini gözləyirik.

İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi çox vaxt bir-biri ilə bağlıdır və müəyyən regionlarda və ya ölkələrdə təhlükəsizlik və sabitlik səviyyələrinə təsir etmək potensialına malikdir.

İqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusilə həssas olan və ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətlər kimi potensiallarında əhəmiyyətli dərəcədə məhdudiyyətləri olan ölkələrə dəstək üçün çoxtərəfli əməkdaşlıq beynəlxalq fəaliyyət və dəstəyin əsas prioritetləri sırasında olmalıdır.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasının sədri kimi, Azərbaycan Konfransın uğurunu təmin etmək üçün inklüziv və birgə işləməyə sadiqdir və iqlim böhranı ilə mübarizəyə, habelə beynəlxalq həmrəyliyin təşviqi və gücləndirilməsinə töhfə vermək üçün səylərini əsirgəməyəcək. Maraqlıdır ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar regional sülh gündəliyinin təşviqi kontekstində qəbul edilib.

Milli potensialımızda əməli addım kimi Azərbaycan Prezidenti zati-aliləri cənab İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Azərbaycan həmçinin qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq üzrə qlobal öhdəliyə uyğun olaraq, Milli Müəyyənləşdirilmiş Töhfələrdə (MMT) 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmağı qarşısına iddialı məqsəd qoyub. Bizim əsas prioritetlərimiz 2030-cu ilə qədər 30 %-ə çatmağı hədəfləyən ümumi təyin edilmiş elektrik gücündə bərpa olunan enerji payının artırılmasıdır. Bu yüksək hədəf, ilk növbədə, enerji səmərəliliyinin artırılması və şəhər mühitində, nəqliyyat sistemlərində və sənayedə innovativ həllərin tətbiqi üçün müəyyən edilir.

Ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının sonlanması ilə Azərbaycan sülh gündəmi təşəbbüsü ilə çıxış edib və müharibənin ətraf mühitə və regionun biomüxtəlifliyinə mineral ehtiyatların talan edilməsi, meşələrin kütləvi şəkildə məhv edilməsi, su hövzələrinin çirklənməsi və keçmişdə işğal olunmuş ərazilərdə irimiqyaslı minalarla çirklənməsi nəticəsində ortaya çıxmış fəlakətli fəsadlarını dərhal aradan qaldırmağa başlayıb.

Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərində münaqişədən sonra geniş bərpa, yenidənqurma və reinteqrasiya səyləri həyata keçirir. Bu fəaliyyətlər iqlimə əlverişli, ekoloji təmiz texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanır. Azərbaycan 2050-ci ilə qədər bu əraziləri “yaşıl enerji” zonalarının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər və minlərlə hektar ərazini əhatə edən meşələrin bərpası proqramları kimi innovativ yanaşmalarla yadda qalan “Karbon Neytral” zonasına çevirmək əzmindədir.

Yekunda vurğulamaq istərdim ki, bu gün dünyanın üzləşdiyi çağırışlar, o cümlədən iqlim böhranı və kəskin ərzaq təhlükəsizliyi və bununla bağlı qəbul edilməli olan praktiki və mənayüklü həllər və strategiyalar, ilk növbədə, qlobal birlik və həmrəyliyin gücləndirilməsini, həmçinin BMT-nin Nizamnaməsi və beynəlxalq hüquqa əsaslanan daha effektiv və etibarlı çoxtərəfli yanaşmanı zəruri edir. Təşəkkür edirəm”.

Mətləb Salahov








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031