Əliyevin konstitusiya tələbinə Yerevandan reaksiya gəldi..."daxili işimizdir"..
Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları Ermənstandakı qüvvələri bərk narahat edib. Belə ki, baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan öz Facebook səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarına dair fikirlər səsləndirib. “Rəsmi Bakının bir sıra bəyanatlarına cavab olaraq deməyə tam haqqım var: Ermənistan Respublikasının qanunvericiliyi Ermənistan Respublikasının daxili işidir və heç bir xarici qüvvənin ölkəmizin daxili işlərinə qarışmaq hüququ yoxdur.”
Mətbuat katibi sonra da davam edərək deyib ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması, Alma-Ata Bəyannaməsi əsasında iki ölkə arasında demarkasiya işlərinin aparılması, beynəlxalq platformalarda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir.
Bu xanım katibə bir az da irəli gedərək öz ağlına gələn ifadələrlə Azərbaycanı ittiham edən cəfəngiyyatlar da səsləndirib. Bu cəfəngiyyat dolu fikirləri ilə eləcə rəsmi İrəvanın son acınacaqlı halını da qırmızı xalı kimi ortaya sərib...
Mətləb