KÖHNƏ VERSİYA            

Şəhid sevgi və mərhəmətdə Vətən və torpaqla bir bədəndir - Birinci yazı

Image

Necə ki, yaradılışın hikmət və səbəbi Allaha ibadətdir, şəhidlik də Vətən uğrunda təmənnasız mübarizə hissidir.

Ta­rix şəhidi yaddaş salnaməsi hesab edir, ona insanların qəl­bində əbədi yer tutmaq səadəti verir. 

Şəhidlik ən böyük əx­laqi dəyərdir. Bu proses əsl vətəndaş ola bilmək zərurətidir. Xeyirxah iş, əməl insanı mənən ucaldırsa, şəhidlik onu yaşadığı cəmiyyətin ən çox sevilən və unudulmayan üzvünə çevirir. 

Vətən oğlu yolunu azmaz, xəyanət etməz. Şəhid ona görə ali məqamlı insandır ki, xalq, dövlət, Vətən və torpaq üçün hamıdan əvvəl addım atır. Şəhid, sevgi və mərhəmətdə Vətən və torpaqla bir bədəndir. Onun ehsanı özünü fəda etməsidir. İ.Əhmədin qənaətində “Ani ölüm, möminə rəhmət, günahkara peşmanlıqdır”. Yəni Vətən uğrunda mü­­­barizəyə atılan şəxsi haqlayan ani ölüm ona şərəf gə­tirir, torpaq uğrunda ölümdən qorxana - fərariyə alçaqlıq.  

Mənbələrdə deyildiyi kimi, hər kəs insanlığa xidmət et­mə­yin ən şərəfli vəzifə olduğunu və bunun üçün çalışdığını söyləyir. Əslində isə belə deyil. Məsələn, qeyrətli insan Vətən uğrunda öz kefi, zövqü üçün can fəda etmir, o, özlərini xidmət maskası ilə örtənlərdən tamamilə fərqlidir. Bu, o anlama gəlir ki, zərurət və ya ehtiyac hasil olmadıqca ki­min kim olduğu bilinməz. 

Allah-Təala şəhidin gözlərində ilişib qalan sevincdən başqaları üçün bir lütf yaradar. Su çirki təmizlədiyi kimi, o lütf də qəlblərdəki kini yox edər. 

...Bu, bir aksiomadır: insan vəfat edəndən sonra yaddaşlarda unudulmaq acısı yaşanır. Ancaq torpaq uğrunda hə­lak olanları unutmaq zənnimizcə, Vətənə xəyanətdir. İn­san bilməlidir ki, dünya fanidir, o, insansevərlik meyli aşılayan hər şeyə minnətdar olmalıdır. 

Şəhidlərə isə xüsusilə minnətdar olmalıyıq. Onların, uğ­­run­da can fəda etdikləri torpaq Vətən adlanır; biz o Və­tə­nin arxa-dayaqları olmalıyıq. Necə ki, qəhrəman oğullar heç kimə heç nə demədən Vətənin sadiq keşikçiləri oldular... 

Onlar indi hamımızdan ucadırlar. Onlar indi hamımızdan ucadadırlar – Vətən göylərində pərvaz edirlər Simurq quşları kimi. 

Bəli, şəhidlər əbədiyyət işıqlarıdır... 

***

Bilirik ki, 44 günlük Vətən müharibəsi yaxın tariximizin qiymətli, dəyərli səhifələrini özündə inamla əks etdirdi. O anlar sarsıntı keçirtdik, ağrı-acılarla üz-üzə qaldıq. Bir daha ermənilərin insanlığa sığmayan hərəkətlərinə şa­hid olduq...  

Müharibələr, dünya xalqları kimi, Azərbaycan xalqına da misilsiz fəlakətlər gətirib, mənəvi, maddi və fiziki zə­rər­lər vurub. Ümumiyyətlə, bəşər övladı yaranandan mü­ha­ribələr onu həmişə qara kabus kimi izləyib. Əsas etibarilə, erməni faşizmi zaman-zaman Azərbaycan torpağında gö­rünməmiş vəhşiliklər törədib... 

...Sevindirici haldır ki, cəmi 44 gün çəkən Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əli­yev əldə olunan möhtəşəm qələbə münasibətilə xalqa müraciət etdi, Şuşa azad edilən gün ümummilli lider Hey­dər Əliyevin məzarı üstündə böyük fəxarət hissi ilə dedi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad et­dik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Ön­də­rin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gö­zü­nüz aydın olsun dünya azərbay­can­lıları!”

Biz də “Gözün aydın, Azərbaycan!” dedik, nə qədər çə­­­­tin olsa da, gözlərimizdə qəm “yağışı” ilə yanaşı,   se­vinc yaşlarına da yer etdik. Sevinməyə haqqımız var idi, çün­ki 30 il sonra torpaqlarımız erməni işğalından qurtulmuşdu. Yanaqlarımızda çırpınan, ürəyimizdə qış küləyi ki­mi təlatümə gələn şəhid yanğıları Vətən üçün sevinmək haq­qımızı əlimizdən almadı. 

Bütövlükdə üç min şəhid verdi Vətən. Onların isti qanı ilə vəcdə gəldi əsarət, işğal acısı dadmış torpaqlar. Hər dam­la qanda bir cəsarət, bir əzm tumurcuq açdı; xalq bu tə­pərdəki fəhmi görüb ordu ilə birləşdi, o gün rahat nəfəs aldı 30 illik itki acıları ilə lal-dinməz ah çəkən odlu diyar. Biz 8 noyabrda ordumuzun nə qədər güclü, müasir olduğunu anladıq. Bir daha başa düşdük ki, güclü ordunu qeyrətli, mübariz, cəsur, vətənpərvər oğullar təkmilləşdirir. O oğullar ki, hərəsi bir tarix, hərəsi bir Vətən ucalığıdır. İndi on­lar ən uca mərtəbələrdən canları bahasına al­dıq­ları torpaqları seyr edir, başımızın üstündə bərq vururlar.

Mingəçevir şəhərinin qəhrəman övladları Əli və İslam Əh­mədov qardaşları da Vətən uğrunda şəhadət şərbəti iç­di­lər. Müharibənin başladığı ilk gün - 27 sentyabrda qəh­rə­­mancasına həlak olan bu qardaşlar ilk şəhid qardaşlar ki­mi tarixə düşdülər. Onların Vətən andı, torpaq sevgisi gə­lə­cək nəsillər üçün bir görk, bir nümunədir. 

Biz də bu ki­tabda eyni missiyanı təqdir edir, şəhid qardaşlara insanlıq, vətəndaşlıq borcumuzu və ehtiramımızı bildiririk. Əminik ki, onların hünər məktəbi gələcək nəsilləri daha vətənpərvər, daha əzmli edəcək. 

***

Şəhidlər haqqında yazılan kitablar tarixin həyat səhifələridir. Çünki bu kitablarda daşlaşmış tarix, salnaməyə çev­rilmiş həyat çalarları var; burada vəhşətlərə məruz qalmış insan əzablarının son çığırtıları əks-səda verir. Bu ki­tablar bugünkü və gələcək nəsillərə göstərir ki, erməni fa­şistdir, ondan həmişə ehtiyat etmək lazımdır. 

Bu gün Azərbaycan xalqının Qələbə rəmzi “Qarabağ Azər­­­baycandır!” şüarıdır. Bu gün hər birimizin Vətən ama­­lı “Eyni düşüncə, eyni hədəf”dir. Bu, bizi tariximizin dərin kökləri, əsl həqiqətlərlə üz-üzə qoyur. Bu, bizi həm də milli inkişafın bitkin nəzəri konsepsiyası, mütərəqqi irə­liləyişin Azərbaycan modeli ilə tanış edir.

...İnsan ömrü xatirələrlə zəngindir. Ömürdən ötən hər il öz duyğu selində təmtəraq qurur. İllər qoşun çəkdikcə xa­ti­rələr azalır, həyat darıxdırıcı olur. Bu mənada, indi hər şə­hid bizim üçün bir xatirə kimi məna tapır. İnsan müdrik, yetkin çağında yaşadığı ömürdən çox az xatirə dada bilir, lakin Vətən uğrunda şəhid olan insanı nəsillər şirin-acı xa­ti­rə kimi çözür, təqdir edir. 

Şəhid adı yaddaşa möhür vurur. Bəzən biz o adı şirin duy­ğu kimi anırıq. Çünki ömrümüzün ən vacib çağları o adın fəhmi ilə bərqərardır. 

Dünyaya gəldiyi gün hər insanın taleyində bir səhifə açı­lır, lakin o kəs ki, Vətən, xalq, torpaq, el-oba uğrunda can fəda edir, onun həyatı bir salnaməyə dönür. 

Ömür insana vəfa etmir. Yaşayanda, baxışlar bir cür, ölən­­də, çöhrələr bir cür naxış tutur. Bizi düşündürən də elə budur. Deməli, həyat insanın əllərindən nəyi də alsa, su­rəti ala bilmir. Bu zərurət şəhid surətində daha fövqəldir - o, doğulanda eyni, yaşa dolduqca eyni, vəfat edəndə də eyni çöhrədə olur... 

Bu gün Mingəçevirdə, Əli və İslam qardaşlarının (onların timsalında digər şəhid oğulların) uyuduğu qəbiristanlıqda da şəhid çöhrəsi eyni timsaldadır. Qəbir daşlarından boy­lanan yaraşıqlı surətlər eyni vücudun, eyni çöhrənin tə­cəl­lası kimi diqqət çəkir. O surətlərdə insanı rahat edən, ömrünün sonunadək dü­şündürən arxayınlıq var. Əli və İs­la­mın çöhrəsindəki qorxmazlıq, hünər, şücaət... bizə ayaq bas­dığımız torpağın üzərində qürurla gəzmək haqqı verir. Qə­biristanlığı dolaşdıqca harada üzərində üçrəngli Azər­bay­can bayrağı sancılmış məzar görürüksə, içimizdə titrək səslə pıçıldayırıq: Sizə minnətdarıq, əziz şəhidlər! 

...Bəlli ki, Vətən sər­həd deyil, tövbə yeridir. Vətən oğlu ölmüş anadır...

***

...Deyilən ünvana çatdıq. Sevinc xanımın qapısı ağzında acı duyğular bərq vururdu. Sarsıntı keçirən ürək kimi çırpınan bu duy­ğu­lar iki oğlunu, hər iki gözünün qarasını Və­tə­nə qurban vermiş əzəmətli ananın susqun ahı-naləsi idi sanki. Nə əlimizi qapının dəstəyinə uzada, nə də içimizi sa­ran hislərdən yaxa qurtara bilirdik. Bu an seyrək yağışın ilıq nəfəsi ilə islanan on yaşlı bir qız külək sürəti ilə Se­vinc xanımın həyətinə daxil oldu, heç beş dəqiqə keçməmiş geri qayıtdı və alnına tökülmüş islaq saçlarını bir-bi­rin­dən aralaya-aralaya bizə baxdı. Qıyıq gözlərindəki sol­ğun baxış bizi bir az da qorxunc duyğuların içinə atdı. Bir anlıq sandıq ki, bu balaca qızcığaz ya ruhdur, ya Simurq quşu, Sevinc xanıma dözüm, tab vermək üçün gəlib. Xəyal bizi necə çulğadısa, qızın nə vaxt getdiyindən xəbərimiz ol­madı. Gözlərimizi səmti bəlli küçələrin hamısında var-gəl etdirdik, fəqət kimsəni görmədik. Əmin olmaq istədik ki, o qız bir ruh imiş... 

Belə bir hadisə kəndimizdə də olmuşdu; atası şəhid olan balaca qız sarsıntıdan bir anda vəfat etmiş, iki gündən sonra demək olar ki, çox adamın gözünə görünmüşdü... On­da da görənlər düşünmüşdü ki, bu qız ruhdur... 

Bu hadisə, o ruh qız bizə “Vətən ana kimidi” adlı şeiri də həmin gün sovqat gətirmişdi...  

Bu şeiri cəmiyyət işində nə vaxtsa fərqli cəhətləri ilə se­çiləcək, bacarığına, ictimai fəallığına şahid olacağımız bü­tün şəhid övladlarına həsr etdik (şeirin ədəbi mahiyyə­tində qay­nar Vətən sevgisi əsas şərtdir):

Vətən ana kimidi; həyası sudan duru,

Sevib-oxşayanı çox, dayağı isə birdi...

Uğrunda can verənlər əbədi ölməz oldu...

...Qarşıdakı küçədə şivən qopdu qəfildən,

Gözlərini açanda qız gördü atasının

Ayaqqabısı iki, ayağı isə birdi.

Ağlamaq istəmədi, göz yaşı dondu sanki,

Balaca əllərilə dua etdi Allaha.

...O qız şəhid qızıtək düşdü dilə-ağıza,

"Vətən" yazdı hər dəfə bir parça ağ kağıza...

Sanki uca Allah nə vaxtsa Vətən üçün böyük fəda­kar­lıq­lar göstərəcək şəxsləri körpəlikdən fərqləndirir və on­lar böyüdükcə cəmiyyəti düşündürən məsələləri özlərinin vətəndaşlıq missiyası hesab edir, gələcəkdə daha yetkin in­san olacaqlarına inanır, ətraflarına qarşı həssas və doğma olurlar. Şeirdəki şəhid qızı kimi...

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031