KÖHNƏ VERSİYA            

Ailədaxili qəddar qətllər - niyə bu qədər qəddarlaşırıq?..

Image

Son zamanlar Azərbaycanda sonu ölümlə nəticələnən ailə münaqişələrinin sayı günbəgün artmaqdadır. Dıqnaqarası qəhrəmanların öz həyat yoldaşlarını, övladlarını və eləcə də valideynlərini amansızlıqla qətlə yetirməsi cəmiyyətimizdə hələ də psixoloji problemlərin olduğundan xəbər verir.

Ötən həftə Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevayanı qətlə yetirib. 

Ötən gün baş verən faciə isə insanları dəhşətə gətirib. 25 yaşlı Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla və qəsdən qətlə yetirib. 

Maraqlıdır, ailə üzvlərini amansızlıqla öldürən Əhməd Əhmədovu qanunvericiliklə hansı cəzalar gözləyir? Şəxsin psixi problemləri olduğu təsdiqlənərsə, bu, mümkün hüquqi tədbirlərə hansı formada təsir edəcək? Ümumiyyətlə, ailədaxili qətllər niyə artır?

Şəmsəddin Əliyev: “Öz atasını, anasını, qardaşını, bacısını və onun körpəsini öldürən şəxs anlaqsız vəziyyətdə ola bilməz”

Kriminalist Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, şəxs cinayət əməlini törədərkən cinayət məsuliyyətinə cəlb olunur: “Məlumdur ki, ötən gün baş vermis ailədaxili qətllə bağlı araşdırma başlanılıb, istintaq aparılır. Məsələ aidiyyəti qurumların nəzarətindədir. Onu da deyim ki, ailə üzvlərini qətlə yetirən Əhməd haqqında belə bir versiya yayılıb ki, bu şəxs 15 il öncə də xüsusi amansızlıqla kimisə qətlə yetirib. Ancaq anlaqsız vəziyyətdə olması əsas gətirilərək məsuliyyətdən yayınıb. Bu şəxs müəyyən saxta sənədlərlə tibbi arayış alaraq sürücülük vəsiqəsi alıb və taksi kimi fəaliyyət göstərib. Bütün bu faktlar istintaq zamanı araşdırılacaq”.

Ş.Əliyev hesab edir ki, öz atasını, anasını, qardaşını, bacısını və onun körpəsini öldürən şəxs anlaqsız vəziyyətdə ola bilməz: “O nə etdiyinin fərqində olub. Doğrudan da anlaqsız vəziyyətdə olsa idi valideynlərini və qardaşını öldürdükdən sonra bacısının evinə getməkdə çətinlik çəkərdi, o ünvanı tapa bilməzdi. Ancaq bu şəxsin sərbəst şəkildə bacısının ünvanına gəlib orda da çirkin niyyətinə nail olması onu göstərir ki, 25 yaşlı gənc anlaqlı vəziyyətdə olub. Psixoloji problemi olan şəxs bu cür planlı şəkildə cinayət törətmir”.

Kriminalistin sözlərinə görə, bütün mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə vəzifələr qoyulmalıdır ki, belə ağır cinayətlər olmasın. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən problemli ailələr öyrənilməli, doğuran səbəblər araşdırılmalıdır.

Əliməmməd Nuriyev: “Yaxınlarının gözünün qarşısında işgəncə ilə öldürmək qəsdən adamöldürmənin əlamətidir” 

Hüquqşünas Əliməmməd Nuriyev bizimlə söhbətində bildirdi ki,  Əhməd Əhmədov 14-20 il müddətinə və ya ömürlük həbs edilə bilər: “Ötən gün baş verən hadisə faciədir. Amansızlıqla törədilib. Cinayət Məcəlləsinin 122.2.4 maddəsinə görə, xüsusi amansızlıqla qəsdən adamöldürmədir. CM-in 122.2.7 maddəsi də nəzərə alınacaq. İki və daha çox şəxsi öldürüb. Yaxınlarının gözünün qarşısında işgəncə ilə öldürmək qəsdən adamöldürmənin əlamətidir. Əhməd Əhmədov törətdiyi hadisəni başa düşüb. Çünki fərqli vaxtlarda olub. Məqsədlərindən biri də elə amansızlıq olub. Vahid qəsddir. Bütün ailə üzvlərini qətlə yetirib. Xüsusi amansızlıqla adamöldürməyə görə qanunvericiliklə 14-20 il və ömürlük həbs edilə bilər. Hadisə ilə bağlı istintaq tədbirləri davam edir. Son qərar məhkəmə tərəfindən müəyyən ediləcək. Bu qədər şəxsin qətlə yetirilməsi dəhşətdir. Psixoloji durumu, şəxslərlə əvvəlki münasibətləri də nəzərə alınacaq. Bütün dəlillər toplanacaq”.

Könül İsmayılova: “Qəddar, empatiya qura bilməyənlər başqalarını öldürməyə qadirdir” 

Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ailə üzvlərinə qarşı cinayət törətmək ağır bir haldır: "İnsan necə ağır vəziyyətə salınmalıdır ki, cinayət törətsin. Qısqanclıq nəticəsində, ailədə olan söz-söhbətə görə, namus üstündə kişilər arvadlarını öldürür. Adətən ailədaxili cinayətlər edən şəxslər paranoik olurlar. Etdiyi cinayətin nə dərəcədə ağır olduğunu dərk etmir, özlərində olmurlar. Azərbaycanda belə bir deyim var, "hirsli başda ağıl olmaz". İnsan özünü idarə edə bilmədikdə də cinayət törədir. Qəddar, empatiya qura bilməyənlər başqalarını öldürməyə qadirdir. Normal psixoloji durumu olan insanlar övladına, valideyninə, ailə üzvlərinə və körpə uşağa  qıya bilməz. Məlumat üçün deyim ki, əsasən 4 tipdə olan insanlar ailədaxili cinayətlərə meylli olur. Ailə həyatının alınmadığını düşünən, həyatdan küsən insanlar. Belə qatillər hesab edir ki, ailə üzvləri onun arzuladığı ailə həyatını dağıtmaq üçün hər şey ediblər. Övladlar ataların göstərdiyi yol ilə getmir. Onun düzgün saydığı dini inanclara, dini görüşlərə əməl etmir, onun nümunəvi saydığı həyat tərzini sürmür, onun adətlərini alt-üst edirlər. İkinci tip özündən razı qatillərdir. Onlar həyatlarında baş verən bədbəxtlikdə başqa ailə üzvünü günahlandırırlar. Məsələn, həyatı uğursuz alınıb, istədiklərini həyata keçirə bilməyib və həyat yoldaşını öldürməklə uşaqlarının gözündə onu günahkar çıxarmaq istəyir. Boşandıqları üçün günahı arvadında görərək də onu qətlə yetirə bilərlər. Digər tip qatillərin şüuraltısında ailədəki maddi vəziyyətin yaxşı olması məhz onların ailəsi ilə bağlıdır. Əgər onun pulları qurtarırsa, bunda şüuraltı olaraq ailəsini günahlandırır. Paranoik şəxslər də ailə üzvlərini öldürməyə qadirdir. Belə insanlarda müəyyən qorxular olur. Onlar hər şeydən şübhələnir”. 

Psixoloq son olaraq bildirdi ki, ailə üzvlərinizin problemlərini vaxtında, gec olmadan həll etməyə çalışın: “Belə olmadıqda, həmin şəxslərdə aqressiya çoxalır. Nəticədə, ailə daxilində baş verən cinayət hadisələri artır”.

Fatimə Hacıbəyli: “Bu cür aqressiv qətllərin kökündə ciddi sarsıntılar, uşaqlıq travmaları və çox az qisim də olsa, maddi problemlər dayanır” 

“Vəfa” Sosial İctimai Birliyinin sədri, sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu cür aqressiv qətllərin kökündə ciddi sarsıntılar, uşaqlıq travmaları və çox az qisim də olsa, maddi problemlər dayanır: "Gənclərin şiddətə meyllənməsinin qarşısı alınmalıdır. Qanunlar burada güclü olmalıdır. Əks təqdirdə insanın şiddət törətmək həvəsi, bəhanələri artacaq. Problemli şəxs vaxtında müalicə olunmalıdır, valideynlər bunu gizlətməməlidir. Əgər Əhmədin valideyinləri vaxtında övladını dispanserə yatırdıb, onun müalicəsi ilə məşğul olsa idilər, bu gün həyatda olacaqdılar. Ancaq gizlətmək, düzələr deyib boş vermək böyük faciələrə səbəb olur”.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031