KÖHNƏ VERSİYA            

Xocavənd döyüşlərinin şəhidi Əhəd Ağayev....Kamalə Abiyeva yazır...

Image

ƏHƏD BİLAL OĞLU AĞAYEV

Ağayev Əhəd Bilal oğlu Astaranın Motalayataq kəndində 1986-cı il yanvarın 17-də dünyaya gəlib. Sarvan Qurbanov adına Motalayataq kənd tam orta məktəbinin məzunudur. İkinci Qarabağ savaşının könüllülərindəndir. Əhədin atası Bilal Ağayev uzun illər Motalayataq kənd məktəbinin direktoru olub. Bir ziyalı kimi bütün el-obanın hörmətini qazanan Bilal müəllim 12 övlad böyüdüb: 7 oğlan, 5 qız. Ailənin böyük oğlu Kamal Ağayev orta məktəbi qızıl medalla bitirəndən sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub. 1992-ci il məzun olduqdan sonra cəbhəyə getmək üçün Nəsimi Rayon Hərbi Komissarlığına müraciət edib. Həmin ilin oktyabr ayından həkim kimi Ağdarədə 2 saylı Hərbi Atəşkəsə qədər Cərahiyyə Hospitalının reanimasiya şöbəsində işləyib. Hospital Tərtər Mərkəzi xəstəxanasına köçürüləndən sonra könüllü olaraq orda çalışıb. Neçə-neçə yaralı əsgərimizi həyata qaytarıb. Ailənin ikinci oğlu Kazım Ağayev də Birinci Qarabağ savaşının könüllülərindəndir. 1992-1996-cı illərdə hərbidə çox uğura imza atıb.  Bilal müəllimin məzunları da, övladları da vətənsevərdi. Çünki onun başlıca məqsədi vətənpərvər şəxsiyyət - vətəndaş yetişdirmək olub. Belə ailədə böyüyən Əhəd başqa cür ola bilməzdi. 

Abbas Rövşən oğlu İbrahimli 2-ci Qarabağ savaşına könüllü olaraq qeydiyyatdan keçib. Göstərdiyi şücaətlərə görə Füzuli, Cəbrayıl, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.Abbasın söylədiklərindən: Bizi nisbətən gec çağırdılar. Hərbi Komissarlıqla əlaqə saxlayırdıq. Gecələr belə yatmırdıq. “Necə yatmaq olar? Biz niyə yatırıq” - deyirdi. Döyüşlər vaxtı da beləydi: “Döyüşməliyik. Niyə yataq ki? Döyüşməyə gəlmişik” – sözü bu idi Əhədin. Oktyabrın 9-da birgə yola düşdük. Ağcabədidə N saylı hərbi hissədə yerləşdik. Könüllülər çox olduğundan bir yatağı bölüşməli olduq onunla. Qorxmaz, səmimi insan idi. Özünü deyil, başqalarını düşünərdi. Füzuli istiqamətində gedən döyüşlərə qatıldıq. Qızğın döyüşlər gedirdi. Əsil cəngavər kimi döyüşürdü Əhəd. Mən ağır yaralandım, hospitala düşdüm. Əhədin şəhid olmasını da sonra eşitdim. Döyüş yoldaşını itirmək çox ağırdı. Həm də hansı amal uğruna savaşıb şəhid olduğunu düşünəndə fərəh duyursan. Belə bir oğulu, vətənsevdalısını tanımaq, onunla döyüş yoldaşı olmaq qürurludu. Abbas İbrahimli Astara Gənclər və İdman İdarəsinin Gənclərlə iş üzrə nümayəndəsi və könüllülər üzrə koordinatorudur. 

Bacısı Gülvəs həsrətli, mehriban səslə danışdıqca Əhədi görürdüm elə bil: Birinci Qarabağ Müharibəsi haqda qardaşlarına həmişə suallar verirdi. Çox ağrıdırdı onu məğlubiyyətimiz. Deyirdi “mən döyüşəcəm və qalib olacam”. Ümumiyyətlə hər şeynən maraqlanırdı. Çox istiqanlı idi. Gözəl ailəmiz vardı. Biz təkcə bacı - qardaş kimi deyil, dost kimi böyümüşük. Mehriban olmuşuq. 9 yaş məndən kiçik idi, amma bir yerə yanımda gedərdi. Yaşına görə davranışları təmkinliydi. Cəbhəyə yola düşən gün mənə 5 dəfə zəng vurdu, müharibəyə getdiyini demədi. “Birdən məni apararlar döyüşə, övladlarım sizə əmanətdi” – dedi bircə. Könüllü yazıldığını da bilmirdim. Narahat oldum, xanımına zəng vurdum, öyrəndim ki, müharibəyə gedib. Həyat yoldaşı da çox dəyərli xanımdı, mərd qızdı. Onu heç vaxt tək qoymarıq, amma  3 uşağın əziyyət yükü daha çox ona düşəcək. Bilirəm ki, qardaşımın adına layiq böyüdəcək övladlarını.

 Əhəd bu böyük ailənin hörmətini qazanan Aysellə 2009-cu ildə tanış olub. 2011 - ci ildə cütlük ailə həyatı qurub. Bu sevgi dolu ailədə üç övlad dünyaya gəlib: Röyal, Roman və Məryəm Ağazadələr.

 - Çox mehriban, zəhmətsevər, ailəcanlı idi Əhəd. Sadə, qəlbiaçıq, əliaçıq insandı. Çox xoşbəxt ailəmiz vardı. Amma vətənə də bağlı idi. 2016-cı il hadisələrində kəndimizə şəhid gəldi. O dəqiqə gedib könüllü yazıldı. İyul hadisələrində də çox həyəcan keçirdi. Onda da şəhidlərimiz oldu. Deyirdi: “Onlar torpaq üçün canından keçir, biz evimizdə oturmuşuq”. Gedib hərbi komissarlığa müraciət etdi. Döyüşə getməyə can atıb həmişə. İkinci savaş başlayan gün onu aparmadılar, hər gün hərbi komissarlığa gedirdi ki, məni niyə çağırmırsız? Dövləti üçün canından keçməyə hazır idi hər an. Sonuncu dəfə oktyabrın 26-da danışdıq. Bir-neçə gün xəbər olmadı. Noyabrın 1-də şəhid olduğunu öyrəndik. Üç övladımız var, getməyə bilərdi, amma getdi. Tək qalsam da onun bu mərdliyindən qürurlanıram. –dedi Aysel.

Ağcabədidə 4 gün təlim keçdikdən sonra Cəbrayıl, Füzuli, Qubadlı, Xocəvənd uğrunda çətin döyüşlərdə iştirak edib. 1 noyabr 2020-ci ildə Xocavənd uğrunda savaşda şəhid olub.  Birinci Qarabağ döyüşlərinin veteranı Kazım Ağayev: Özüm döyüş yolu keçmişəm. Müharibənin nə olduğunu bilirəm. Bu haqda çox danışmazdım. Əhəd suallar verərdi həmişə. Qisas hissiylə yaşayırdı. Böyük qardaşım da, mən də veteranıq. Könüllülük bir ayrıdı. Vətən sevgisi, onun uğruna candan keçməyə hər an hazır olmaq bir başqa hissdi. Böyük hissdi. İnsanla böyüyür. Artıq Əhədin kiçik oğlu deyir, ermənilər gəlsə, onları qoymaram torpaqlarımıza. Haqlıdır Roman. Əhəd kimi ataların oğulları boyüyür bu torpaqda. Onlar gələcəyin həqiqətidi. 

Kamalə Abiyeva








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031